NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
(®) NEQSOL Holding öz əməkdaşlarının təlim kurslarına çıxışını təmin etmək məqsədilə “Udemy Business” ilə tərəfdaşlığa başlayıb.
Holdinqin rəqəmsal təlim və ünsiyyət platforması olan NEQSOL Academy onlayn “Udemy Business” platformasında ekspertlərin təklif etdiyi 25,000-dən çox təlim kursuna korporativ çıxış təmin edəcək. Biznesdən dizayna, informasiya texnologiyalarından musiqiyə, sağlamlıqdan fərdi inkişafa qədər kateqoriyalarda “Udemy” karyera yüksəlişinə, fərdi və peşəkar inkişafa kömək edən unikal inkişaf imkanları təklif edir.
NEQSOL Academy 6 dildə müxtəlif təlim mövzuları təklif edərək NEQSOL Holding-in müxtəlif ölkələrdə çalışan 10,000-dən çox işçisinə bütün rəqəmsal təlim fəaliyyətini vahid mənbədən idarə etmək imkanı yaradır.
NEQSOL Holding “LinkedIn” ilə əməkdaşlıq edərək öz əməkdaşlarına 16,000-dən çox onlayn kursdan istifadə etmək və PMI, ISACA, ORACLE, SHRM və Six Sigma kimi peşəkar sertifikatlaşma imkanları əldə etmək üçün şərait yaradır. 2023-cü ildə NEQSOL Holding qlobal səviyyədə tanınan texniki təlim və öyrənmə resursları təchizatçısı “O’Reilly” ilə tərəfdaşlığa başladı. Tərəfdaşlıq çərçivəsində NEQSOL Holding-in əməkdaşları “O'Reilly”-nin proqram təminatının hazırlanması, verilənlərin təhlili və liderlik kimi müxtəlif mövzuları əhatə edən 50,000-dən çox elektron kitab, video və onlayn kurslardan ibarət geniş kitabxanasına çıxış əldə etmişdir.
NEQSOL Academy-nin təlim portfelinə Harvard Biznes Məktəbi və Massaçusets Texnologiya İnstitutunun Sloan Məktəbinin yüksək səviyyəli təlim resursları da daxildir. Bundan əlavə Akademiya “Crossknowledge”, “RBL Group” və “Skillsoft” ilə də oxşar tərəfdaşlıqlar qurmuşdur.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























