Visa və Mastercard razılığa gəliblər
ABŞ-ın maliyyə xidmətləri şirkətləri Visa və Mastercard, ABŞ-da kredit və debet kartı haqlarını aşağı salacaq və pərakəndə satış şirkətlərinə təqribən 30 milyard dollar qənaət təmin edəcək antiinhisar müqaviləsi bağladıqlarını açıqlayıblar.
Marja.az xəbər verir ki, Visa-nın açıqlamasında, təxminən 20 il davam edən məhkəmə çəkişmələrindən sonra şirkətin 90 faizdən çoxu kiçik biznes olan pərakəndə satıcılar ilə kredit və debet kartı haqlarının azaldılması və 2030-cu ilə qədər məhdudlaşdırılması ilə bağlı mühüm razılaşma əldə edildiyi qeyd edilib.
Mastercard-dan verilən açıqlamada, şirkətin pərakəndə satış şirkətləri ilə kredit kartı haqlarının minimum 5 il azaldılması üçün razılığa gəldiyi qeyd edilib.
ABŞ mətbuatında yer alan xəbərlərdə deyilir ki, saziş pərakəndə satışçılara beş il ərzində təqribən 30 milyard dollar qənaət təmin edəcək.
Əgər antiinhisar müqaviləsi məhkəmə tərəfindən təsdiqlənərsə, 2005-ci ildə ölkə üzrə qaldırılan iddiaların əksəriyyəti öz həllini tapacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)






