"Azərbaycan investorlarla əməkdaşlığa açıqdır"
Azərbaycan investorlarla əməkdaşlığa açıqdır və ənənəvi enerji istehsalçısı kimi ölkədə bərpa olunan enerji layihələrinə sərmayə qoyan beynəlxalq enerji şirkətləri və milli liderlərdən ibarət yaxşı qrup formalaşıb.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində deyib.
“Mülayim enerji keçidini təmin etmək üçün həm institusional, həm də iqtisadi siyasət və infrastrukturun inkişafı baxımından sistemli şəkildə sərmayə qoyuruq. Bu gün biz 2030-cu ilə qədər bərpa olunan mənbələrdən enerji tələbatının 30 %-ni qarşılamaq hədəfimizdən xeyli irəlidəyik.
Buna görə də təsadüfi deyil ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi ölkəsi kimi yekdilliklə seçilib. Biz bu məsələyə tam məsuliyyətlə yanaşır və bu prosesə öz töhfəmizi vermək üçün ciddi çalışırıq.
Azərbaycan COP29-a sədrlik etməkdən şərəf duyur və məqsədimiz bu il diqqəti iqlimin maliyyələşdirilməsi mövzusuna yönəltmək olacaq. Biz yeni təşəbbüslərə töhfə vermək üçün maraqlı tərəflərlə əl-ələ verib işləməyə çalışırıq və COP29 maraqlı səyahət olacağını vəd edir. İstərdim ki, ölkələr verdiklərə sözlərə əməl etsinlər və COP29-da real addımlar atmağı öhdələrinə götürsünlər”, - nazir bildirib.
Enerji keçidi və bərpa olunan enerjinin istehsalından danışan M.Cabbarov xatırladıb ki, hazırda Azərbaycan həm neft, həm də təbii qaz kimi qalıq yanacaqların Avropaya tədarükçüsü olmaqda davam edir, lakin ölkənin eyni zamanda məqsədi Avropa İttifaqına “yaşıl” enerji ixrac etmək olan layihəni həyata keçirməyi planlaşdırması da tamamilə təbiidir.
“Bu, Azərbaycanın Gürcüstan, Bolqarıstan, Rumıniya, eləcə də Macarıstanla birgə təşəbbüsü ilə həyata keçirilən regional layihədir. Bu layihə Azərbaycanda külək və günəş enerjisinin istehsalını və onun Qara dəniz vasitəsilə Avropa bazarlarına nəqlini nəzərdə tutur”, - nazir bildirib.
Xatırladaq ki, “yaşıl” enerjinin istehsalı və çatdırılması sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçıları tərəfindən imzalanıb. Enerji körpüsü Azərbaycanın Ağstafa rayonunda hasil ediləcək “yaşıl” elektrik enerjisini Gürcüstan (Kulevi limanı) və Qara dəniz vasitəsilə Rumıniyaya (Konstansa limanı) çatdırmaq və sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün layihələndiriləcək.
Azərbaycan ilkin mərhələdə Qara dəniz vasitəsilə Avropaya 4 GVt “yaşıl” enerji ixrac etməyi planlaşdırır.
Azərbaycanda təkcə quruda külək və günəş enerjisinin potensialı 27 GVt təşkil edir, işğaldan azad edilmiş ərazilərin potensialı isə 10 GVt-dır. Xəzər dənizinin Azərbaycan sektoru 157 GVt külək enerjisi potensialına malikdir. Ölkənin ümumi quraşdırılmış elektrik enerjisi gücündə bərpa olunan enerjinin payının 2027-ci ilədək 33 %-ə çatdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 d. əvvəl
-
22 d. əvvəl
Trampdan yeni açıqlama: "Dünya sülhü üçün böyük bir gündür. İran yenidənqurmaya başlaya bilər"
-
-
34 d. əvvəl
Lombard şirkətinin illik gəlirlilik dərəcəsi 15% olan istiqrazları yerləşdiriləcək - TARİX
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
- 3 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İran: Hörmüz boğazı 2 həftə açıq olacaq
Qızılın qiyməti atəşkəs xəbərləri ilə yüksəlir
Neft 2 həftəlik atəşkəs qərarı ilə kəskin ucuzlaşdı
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
Ən çox oxunanlar
Tramp İranla 2 həftəlik atəşkəsi qəbul etdiyini açıqladı
ABŞ Hörmüz riski səbəbilə neft qiyməti proqnozunu artırdı
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib






















