bp-nin baş icraçı direktoru Azərbaycanda səfərdədir
bp-nin baş icraçı direktoru Marri Okinkloss Azərbaycanda ikigünlük işgüzar səfərdədir.
Bu səfərdə onu bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel müşaiyət edir.
Bu gün səhər cənab Okinkloss Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş və görüşdə bp-nin regiondakı əsas biznes fəaliyyətlərini müzakirə etmişdir.
Görüş zamanı cənab Okinkloss bp-nin Azərbaycanla bağlı öhdəliklərinə sadiq olduğunu bir daha vurğulamış, şirkətin uzunmüddətli tərəfdaşlıq planları haqqında məlumat vermiş və bp-nin ölkənin enerji keçidi sahəsində səylərinə dəstək məqsədilə az karbonlu enerji həlləri və yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini bildirmişdir.
Okinkloss dünya səviyyəli Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarında hazırda aparılan işlər və gələcək işlənmə imkanları haqqında da məlumat vermişdir. O, həmçinin Cəbrayıl rayonunda həyata keçiriləcək Şəfəq günəş elektrik stansiyası layihəsi haqqında danışmış və bildirmişdir ki, bu layihə bp-nin operatoru olduğu Səngəçal terminalının elektrikləşdirilməsinə dəstək olmaqla Azərbaycanın və bp-nin öz əməliyyatlarındakı emissiyaları azaltmaq məqsədlərinə töhfə verəcək.
Səfər proqramı çərçivəsində cənab Okinkloss İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə də görüşmüşdür. Bu görüşlərdə bp-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr çərçivəsində aparılan işlər müzakirə olunmuşdur.
Səfər zamanı cənab Okinklossun şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə rəhbər heyəti ilə görüşləri, bp-nin regional işçi heyəti ilə ümumi görüşü, həmçinin Səngəçal terminalına səfəri də planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)




