Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son toplantısının dərc olunmuş hesabatına əsasən, tənzimləyici qurumun rəhbərliyi inflyasiyanın 2%-lik hədəf səviyyəsinə enəcəyinə daha əmin olana qədər, faiz dərəcələrini azaltmağı ehtimal etmir.
Dərc edilmiş hesabata əsasən, FED rəhbərliyinin bir sıra üzvləri son toplantıdan sonra, tənzimləyici qurumun hədsiz uzun məhdudlaşdırıcı tədbirləri səbəbindən iqtisadiyyatda zəifləmə riskləri görür. Eyni zamanda, toplantı iştirakçıları faiz dərəcəsində gələcək dəyişikliklərin daxil olan iqtisadi məlumatlardan, perspektivlərdən və risk balansından asılı olacağını qeyd ediblər.
Bundan əvvəl, yanvar toplantısının nəticələrinə əsasən, FED ardıcıl dördüncü dəfə uçot faiz dərəcəsini illik 5.25-5.5% səviyyəsində saxlamışdı. Qeyd etmək lazımdır ki, FED ötən ilin iyul ayında faiz dərəcəsini illik 5.25-5.5%-ə qaldırmışdı. Daha sonra tənzimləyici qurum qeyd etmişdi ki, iqtisadiyyatda maksimum məşğulluğa və uzunmüddətli perspektivdə inflyasiyanın 2%-lik hədəf səviyyəsinə nail olmaq üçün sürətin daha da artırılmasını məqsədəuyğun hesab edir. Lakin o vaxtdan bəri FED faiz dərəcələrini cari səviyyədə saxlayıb. 2022-ci ilin yanvar ayından 2023-cü ilin yayına qədər Amerika mərkəzi bankı sürətlənən inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini davamlı olaraq artırırdı.
FED toplantısının nəticələri fonunda, dollar major valyutalar qarşısında ucuzlaşmaqda davam edir. Hal-hazırda EURUSD və GBPUSD valyuta cütlükləri müvafiq olaraq 1.0832 və 1.2642 səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 103.88 bənd təşkil edir. Qızıl 2030$, “Brent” markalı neft isə 83.30$ səviyyələrində ticarət olunurlar.
Analitiklər Avrozonada illik inflyasiyanın, yekun hesablamaya görə, öncəki ay ilə müqayisədə yanvar ayında 2.9%-dən 2.8%-ə qədər endiyini proqnozlaşdırırlar. Rəsmi məlumatlar bugün “Eurostat” statistika agentliyi tərəfindən Bakı vaxtı ilə saat 14:00-da dərc olunacaq.
Həmçinin gün ərzində açıqlanacaq Avrozonada və Böyük Britaniyada sənaye və xidmət sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI), ABŞ-da İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər göstəricisi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Təkrar Mənzil Bazarında Satışların həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 7 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
15 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)



.jpg)









