"ABŞ özü dolları öldürür"
Putin: Rusiyanın xarici ticarətində dollar ilə ödənişlərin payı 13%-ə qədər azalıb"ABŞ-ın "uzaqgörən siyasəti" fonunda Rusiyanın xarici ticarətində dollar ilə ödənişlərin payı 50 faizdən 13 faizə düşüb".
Marja.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Prezident xatırladıb ki, 2022-ci ilə qədər Rusiyanın xarici ticarətində dollar və avronun payı 80 faizə yaxın, təkcə ABŞ dollarının payı 50 faiz idi. Dövlət başçısının sözlərinə görə, ABŞ-ın Rusiya üçün Amerika valyutası ilə ödənişləri məhdudlaşdırmaq qərarı Vaşinqtonun maraqları baxımından tamamilə cəfəngiyatdır, çünki zərbə Amerika iqtisadiyyatına dəyib.
Putin əlavə edib ki, bunun fonunda yuanın ödənişlərdə payı əhəmiyyətli dərəcədə artaraq 3 faizdən 34 faizə çatıb.
"Birləşmiş Ştatlar bunu niyə etdi? Yəqin ki, hər şeyin dağılacağını düşünürdülər, amma heç nə çökmədi. Üstəlik, baxın: neft hasil edən ölkələr də daxil olmaqla, digər ölkələr də neftin yuanla satışını hesablamağa başlayır və artıq edirlər. Beləliklə, ABŞ özü dolları öldürür", - deyə Putin deyib.
2022-ci ilin fevral ayından etibarən Rusiya, Qərbin sanksiyalarının təzyiqi fonunda dollar və avro ilə ödənişləri əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, ölkə Laos, Çin, Türkiyə, Qazaxıstan və digər ölkələrlə milli valyutada hesablaşmalara keçib. Bundan əlavə, Pakistan noyabr ayında ilk dəfə Rusiya taxılını BƏƏ dirhəmində alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 d. əvvəl
-
1 saat əvvəl
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dizayn dünyasında inqilab: Claude Design
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Ən çox oxunanlar
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı






.jpg)
.jpg)






.jpg)







