Bank Respublika-dan əla maliyyə nəticələri
Bank Respublika 2023-cü ildə bütün göstəricilər üzrə artım nümayiş etdirib.Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ildəki fəaliyyət nəticələrini elan edib.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank Respublika əla maliyyə nəticələri nümayiş etdirərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqeyini möhkəmləndirib.
Qeyd edilib ki, Bank dinamik inkişafını davam etdirmiş və ötən illə müqayisədə bütün maliyyə göstəricilərində artım nümayiş etdirmişdir:
- Bankın aktivləri 35% artaraq 2,13 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
- Bankın məcmu kapitalı 30% artaraq 165,91 milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.
- Bankın xalis faiz gəlirləri 38%-dən çox artaraq 117,04 milyon manata çatıb.
- Bankın xalis əməliyyat mənfəəti 57% artaraq 52,25 milyon manata çatıb.
- Bankın xalis mənfəəti 51% artaraq 40,25 milyon manat təşkil edib.
- Bankın depozit portfeli 50% artaraq 1,44 milyard manat təşkil edib ki, bu da çoxsaylı müştərilərin “Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.
Qeyd edilib ki, ötən il Bank Respublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.
“2023-cü ildə Bank Respublika məhsul və xidmətlərin davamlı təkmilləşdirilməsi, müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal texnologiyaların tətbiqi və inkişafı sayəsində yüksək nəticələr əldə etmişdir. Mən yüksək peşəkarlığa və Bankın inkişafındakı əvəzsiz töhfəsinə görə mehriban kollektivimizə xüsusi minnətdarlığımı bildirmək istərdim. Həmçinin, bu nəticənin əldə edilməsində verdiyi töhfəyə və əməkdaşlığa görə bankın müştərilərinə və tərəfdaşlarına minnətdarıq”, - deyə Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)







