Qlobal bazarlarda son vəaiyyət
İnvestorlar bugün ABŞ-da inflyasiya məlumatlarının açıqlanmasını gözlədikləri üçün ABŞ dollarında müşahidə olunan bahalaşma tendensiyası səngiyib. Major valyutalar inflyasiya göstəriciləri öncəsi dollar qarşısında bir qədər bahalaşıblar.
Dollar 2023-cü ilin ikinci yarısında Federal Ehtiyatlar Sisteminin faiz artımına son verəcəyini bildirməsindən təsirlənən eniş tendensiyasından sonra, 2024-cü ilin ilk günlərindən etibarən daha möhkəm mövqe sərgiləməyə başlamışdı. Analitiklər dolların qiymətlərindəki bu artımı korreksiya kimi qiymətləndirərək cari il ərzində uçot faiz dərəcələrinin ümumilikdə 140 baza bəndi endiriləcəyini proqnozlaşdırırlar. İqtisadçıların böyük çoxluğu yumşaq monetar siyasətə keçidin mart ayından etibarən başlayacağını ehtimal edirlər. Bununla belə, inflyasiya məlumatları proqnozlardan artıq olarsa, faiz endirimləri prosesi yubana bilər.
Çərşənbə günü Nyu-York FED-in sədri Con Uilyams inflyasiyanın 2%-lik hədəfə endirilməsi üçün səylərin davam etdiyini bildirib və faiz endirimini gözləməyin hələ tez olduğu barədə xəbərdarlıq edib.
İnflyasiyaya dair proqnozlara gəldikdə isə, dekabr ayı baza inflyasiyanın illik müqayisədə 3.8%-ə qədər azalaraq 2021-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəyə endiyi təxmin edilir.
Dollar indeksi hazırda 102.30 civarında qərarlaşarkənkən, avro 1.0975 dollar, funt-sterlinq 1.2750 dollar səviyyəsində, Avstraliya dolları və Yeni Zelandiya dolları isə müvafiq olaraq 0.6720 dollar və 0.6250 dollar hədlərində dalğalanırlar.
ABŞ-ın Bitcoin-ə sahib ETF-lərə icazə verməsi ilə bağlı spekulyasiyalar fonunda oktyabr ayından bəri 50%-dən çox bahalaşan “Bitcoin”, ABŞ qiymətli kağızlar tənzimləyicisi SEC tərəfindən ETF-lərə icazənin rəsmi olaraq təsdiqlənməsindən sonra demək olar ki, dəyişməyərək 46600$ dollar səviyyəsində qaldı.
Bugün həmçinin, Avropa Mərkəzi Bankının aylıq hesabatı və Amerikada İlk dəfə İşsizlik Müavinatı üçün Müraciətlərin Sayına dair göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
23 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
22 d. əvvəl
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
- 23 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
35 d. əvvəl
SOCAR-ın Gürcüstandakı terminalı ötürmə gücünü iki dəfə artırıb
-
37 d. əvvəl
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana 94 milyon avro kredit ayırıb
- 39 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanda tütün əkinlərinin sığortası başlandı - ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 49 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq
Trumpdan G20 Zirvəsinə Putini dəvət planı
Ən çox oxunanlar
Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
"CASPIAN FINANCE" BOKT-ın nizamnamə kapitalı 2 dəfə azaldılıb
"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək
Hacıqabul Quşçuluq Şirkətində qanvermə aksiyası keçirilib - FOTOLAR
"PashaPay" şirkəti "Competo" şirkətində paya sahib olub
"Kapital Bank" audit olunmuş maliyyə göstəricilirəni açıqladı




.jpg)








.jpg)









