Qərbi Azəri platformasından 1 milyard barel neft hasil olundu
12 dekabr 2023-cü il tarixində Qərbi Azəri platformasından bir milyardıncı barel neft hasil edilib.
Bu barədə, Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının operatoru kimi bp-nin AÇG layihəsindəki tərəfdaşları – “SOCAR”, “MOL”, “İNPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “ITOCHU”, “ONGC Videsh Limited (OVL)” adından yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Qərbi Azəri Xəzər dənizində AÇG yatağının yeddi hasilat platformasından biridir. 1997-ci ilin noyabrında AÇG-dən ilk neft əldə olunandan bəri ümumilikdə çıxarılmış 4,3 milyard barel neft hasilatına bu platformanın əhəmiyyətli töhfəsi var.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov dedi: “Bu, ikinci AÇG platformasıdır ki, ümumi neft hasilatında 1 milyard barel xəttini adlayıb ikinci milyard barelin yoluna çıxır. Bu əlamətdar mərhələyə çatan ilk platforma isə Mərkəzi Azəri olub. Mərkəzi Azəri bu xəttə digər platformalardan daha tez - 2021-ci ilin iyul ayında çatmışdı.
İndi isə 1 milyard barel neft hasil etmiş daha bir platformamız var - Qərbi Azəri. Ümid edirik ki, AÇG-də bu möhtəşəm uğur silsiləsi davam edəcək. Bu sevindirici nailiyyətə töhfə vermiş bütün işçi heyətlərini təbrik edirəm və onlara təhlükəsiz və səmərəli fəaliyyətlərinə və mükəmməl iş icrasına görə öz təşəkkürümü bildirirəm. Xüsusilə də, ilk gündən indiyədək Qərbi Azəridə çalışan və platformanın bütün uğurlarında imzası olan işçilərimizi təbrik edir və onlara “çox sağ olun” deyirəm.”
Qərbi Azəri platforması üzrə əsas faktlar
Qərbi Azəri platformasından ilk neft 2005-ci ilin dekabr ayında əldə olunub.
Hazırda platformada təxminən 200 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki rəisi Azərbaycan vətəndaşıdır.
2005-ci ildən bəri platformadan 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 35 quyudan 26-sı hasilat quyusu, 9-u isə suvurma quyusudur.
2005-ci ildə istismara verilmiş ilk quyulardan biri C-06 quyusudur. Bu quyu ilk dövrlərdə gündəlik 35000 barel neft verib və hazırda da platformanın ən məhsuldar quyularından biridir. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub.
Hazırda Qərbi Azəri platformasından gündəlik hasilat 85000 bareldir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)












.jpg)
