Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən açıqlanan məlumatlara əsasən, üçüncü və yekun qiymətləndirmə nəticəsində, ABŞ-da ÜDM-in həcmi ötən rübdə illik əsasda 4.9% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa). Halbuki, ekspertlər göstəricinin 5.2% səviyyəsində dərc olunacağını proqnozlaşdırmışdılar.
İllik ifadədə, yəni əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə, ABŞ iqtisadiyyatında 2.9%-lik artım qeydə alınıb.
Həmçinin Filadelfiya FED tərəfindən aparılan sorğunun nəticələrinə görə, Biznes Aktivliyi İndeksi dekabrda əvvəlki ayla müqayisədə 4.6 bənd azalaraq mənfi 10.5 bəndə düşüb.
Nəticədə, günə 102.56 bənd səviyyəsində başlayan Dollar indeksi (DXY) geriləyərək günlük şamını 101.83 səviyyəsində bağladı.
Geriləyən DXY fonunda major valyutalar və qızıl dollar qarşısında bahalaşıb. EURUSD, GBPUSD, XAUUSD (qızıl) müvafiq olaraq 1.1000, 1.2690, 2046.00 hədlərinə kimi yüksəliblər. USDJPY və USDCHF məzənnələri isə 142.22, 0.8562 hədlərinə qədər ucuzlaşıblar.
Bugün isə, analitiklər Amerikada FED-in üstünlük verdiyi əsas inflyasiya göstəricilərindən olan Şəxsi İstehlak Xərcləri İndeksinin (PCE) açıqlanması ilə bu ilki inflyasiya ilə bağlı ən son yeniləməni alacaqlar.
İqtisadçılar, PCE qiymət indeksinin noyabr ayında ardıcıl ikinci ayda da sabit qalacağını ehtimal edirlər. Lakin Şəxsi İstehlak Xərclərinin Baza İndeksinin isə 0.2% artdığı düşünülür. Eləcə də, Böyük Britaniyada ÜDM-in həcmi, ABŞ-da Tikinti Üzrə İcazələrin Sayı, birinci əl mənzil bazarında satışlara dair önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinni analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 12 d. əvvəl
- 21 d. əvvəl
-
32 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 37 d. əvvəl
-
48 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)





.jpg)





