Unicapital-dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
Bu həftə, 20 dekabr tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı sonuncu, 8-ci iclasını keçirəcək. Ötən iclasda Mərkəzi Bankın idarə heyəti pul siyasəti ilə bağlı yumşaldıcı addım ataraq uçot dərəcəsini 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddini 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddini isə 10%-dən 9.5%-ə endirmişdir. Həmçinin, ötən iclasda verilən məlumata əsasən, Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla veriləcəkdir. Xarici və daxili mühitlə bağlı risklərin reallaşmadığı və manatın möhkəmlənməsi təzyiqləri səngimədiyi halda pul siyasətinin mərhələlərlə yumşaldılması imkanlarına baxılacaqdır. Xatırladaq ki, Azərbaycanda inflyasiya ilin əvvəlindən mərhələlərlə azalaraq 9.4%-ə düşmüşdür (2022-ci ilin sonunda illik inflyasiya 13.9% idi).
AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının gəlirliliklərində azalma müşahidə edilir. Belə ki, ötən həftə keçirilən hərracda orta ölçülmüş gəlirlilik və kəsmə gəlirliliklər 6.20% olmuş, 150 milyon AZN vəsait yerləşdirilmişdir. Noyabr ayında isə 3 illik istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac 8.35% orta ölçülmüş və 8.45% kəsmə gəlirliliklə nəticələnmişdi.
Bu həftə AR Maliyyə Nazirliyi 150 milyon AZN həcmində 1 illik və 100 milyon AZN həcmində 2 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. 2 illik istiqrazlarda faiz dərəcəsi azaldılaraq 6%-dən 5.75%-ə dəyişdirilmişdir. Xatırladaq ki, eyni addım 3 illik istiqrazlar üçün də atılmış və dekabr ayında 3 illik istiqrazlar üzrə olan faiz dərəcəsi də 7%-dən 6%-ə endirilmişdir.
AR Mərkəzi Bankı sterilizasiya tədbirlərinin davamı olaraq 13 və 14 dekabr tarixlərində 1 aylıq və 3 aylıq notların yerləşdirilməsi üzrə hərraclar keçirmiş, 1 aylıq notlarda orta ölçülmüş gəlirlilik 7.76%, 3 aylıq notlarda isə 7.87% olmuşdur.
Keçən həftə Azərbaycanda iqtisadi artım məlumatı açıqlanıb. 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 0.8% iqtisadi artım olmuşdur. Bu göstərici cari ilin yanvar-oktyabr aylarında 0.5% idi.
Qlobal bazar
12 dekabr tarixində ABŞ-da noyabr ayının inflyasiya məlumatı açıqlanıb. Əsas inflyasiya göstəricisi olan istehlak qiymətləri indeksi gözləntilərə uyğun olaraq azalmış, illik inflyasiya 3.2%-dən 3.1%-ə düşmüşdür. Aylıq inflyasiya 0.1% olmuşdur.
13 dekabr tarixində ABŞ FED faiz dərəcəsi ilə bağlı bu ilin son iclasını keçirmiş və faizləri dəyişməyərək 5.25%-5.50% həddində dəyişməz saxlamışdır.
14 dekabr tarixində Avropa Mərkəzi Bankı da gözləntilərə uyğun olaraq əsas uçot dərəcəsini 4.50% həddində sabit saxlamış, Bankın rəsmiləri azalan inflyasiya fonunda növbəti iclaslarda yumşalma siyasəti apara biləcəklərini bildirmişdir. Xatırladaq ki, ən son açıqlanan məlumata görə Avrozonada noyabr ayıına əsasən illik inflyasiya 2.4%-dir və 19 dekabr tarixində bu məlumat yenidən nəzərdən keçiriləcəkdir.
Türkiyədə işsizlik dərəcəsi azalaraq 9.1%-dən 8.5%-ə düşmüşdür.
21 dekabr tarixində Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Faizlərin artırılaraq 40.00%-dən 42.50%-ə artırılacağı gözlənilir.
Rusiya Mərkəzi Bankı pul siyasətində sərt addım ataraq faiz dərəcəsini 15%-dən 16%-ə qaldırmışdır.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)















.jpg)

