"Bakıda 100-ə yaxın marşrut avtobusu tələblərə cavab vermir"
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycanda mobilliyin transformasiyası proqramı” çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr təqdim edilib.
Təqdimatda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin yüksək standartlara çatdırılması və avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir
“Sərnişindaşıma sahəsində hazırkı vəziyyət sərnişinlərlə yanaşı, bizi də narahat edir. Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların yenilənməsinə ciddi ehtiyac var”, - nazir müavini qeyd edib.
O vurğulayıb ki, ictimai nəqliyyat hər nə qədər sosial ağırlıqlı bir sahə olsa da, burada iqtisadi maraqlar da qorunmalıdır.
"Yollarda elektron tərəzilər qurulub. Avtomobillər yüksək sürətlə keçərkən belə yük maşınlarının çəki və kütləsi müəyyən edilir. Artıq 3 nöqtədə bu işi bitirmişik. Növbəti ildə 31 məntəqə 51 belə elektron tərəzinin tətbiqinin təmin edilməsini hədəfləmişik. Təəssüf ki, yollarda ağır yük maşınları hərəkətdədir. Ağır çəkili nəqliyyat sahibləri avtomatik şəkildə müəyyən olunaraq cəzalanacaq. Qanunda buna görə 600 manat olmaqla sərt maliyyə cəzası var. Son mərhələdə isə qanunu pozan şəxslər sürücülük vəsiqəsindən azad olunacaq”, - Rəhman Hümmətov əlavə edib.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
52 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















