“NORM” şirkətində 7 məsələ üçün iclas keçiriləcək - ƏLAVƏ MAYA QOYULUR
15 yanvar 2024-cü il tarixdə sement istehsalçısı “NORM” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası keçiriləcək.
Marja.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin nizamnamə kapitalının əlavə səhmlərin buraxılması yolu ilə artırılması;
2. Səhm buraxılışının şərtlərinin müəyyən edilməsi;
3. Cəmiyyətin nizamnamə kapitalında səhmdarların malik olduğu səhmlərin miqdarının müəyyən edilməsi;
4. Cəmiyyətin Nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi;
5. Cəmiyyətin Baş İcraçı Direktoru cənab Sasse Henning Ernst Wilhelm-in əmək müqaviləsi müddətinin uzadılması;
6. Səhm buraxılışının müvafiq dövlət qurumlarında qeydiyyata alınması;
7. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür.
Yığıncaq Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcəkdir.
2006-cı ildə dövlət qeydiyyatına alınmış "NORM" ASC hazırda 161 milyon 962 min 595 manat nizamnamə kpaitalına malikdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 19 d. əvvəl
- 28 d. əvvəl
-
39 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 43 d. əvvəl
-
55 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb











.jpg)





.jpg)




