Cəbrayılda sement terminalı tikilir
2024-cü ildə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması planlaşdırlır"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılan 2 müəssisə tərəfindən ümumilikdə Sənaye Parkına 11 milyon manatdan çox investisiyanın yatırılması 150-dək iş yerinin yaradılması nəzərdə tutulur.
Marja.az İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ildə Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.
Belə ki, 2024-cü ilin oktyabrında fəaliyyətə başlaması planlaşdırılan "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC Sənaye Parkının 5 hektar ərazisində minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını həyata keçirəcək müəssisənin qurulması istiqamətində artıq işlərə başlayıb. Hazırda ərazidə planlama, qazma işləri görülür.
İnvestisiya həcmi 7,4 milyon manat olan müəssisədə 124 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisədə 2 model minatəmizləyən texnikanın (piyada əleyhinə minatəmizləyən “Revival P” və Revival T” tank əleyhinə minatəmizləyən texnikaların) istehsalı həyata keçiriləcək. Eyni zamanda zavodda bu texnikalara servis xidməti də fəaliyyət göstərəcək. Müəssisədə ildə 100 ədəd minatəmizləyən texnikaların istehsalı planlaşdırılır. İstehsal olunacaq texnikalar işağldan azad edilmiş ərazilərdə istifadə edilməklə yanaşı, ixracı da həyata keçiriləcək.
2024-cü ildə Sənaye Parkının ərazisində “Holcim Azerbaijan” ASC tərəfindən birinci mərhələdə həcmi 2 min ton olan sement terminalının istifadəyə verilməsi planlaşdırılır. İkinci mərhələdə isə şirkət tərəfindən əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa ediləcək. İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20-dən çox insanın daimi işlə təmin olunacaq. İstehsal ediləcək məhsulların daxili bazarda satışı həyata keçiriləcək.
Sənaye Parkında ilk dəfə olaraq “Holcim Azerbaijan” ASC tərəfindən geobrick kərpiclərdən istifadəyə başlanılıb. Hazırda şirkət tərəfindən inzibati binanın tikintisində bu kərpiclərdən istifadə edilir. Növbəti mərhələdə sözügedən kərpiclərdən işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində geniş istifadə olunması nəzərdə tutulur. Qeyd edək ki, “Holcim Azerbaijan” ASC tərəfindən Azərbaycanda geobrick kərpiclərin istehsalına ilk dəfə başlanılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 44 d. əvvəl
-
50 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)





.jpg)






