Lerik: 80 min əhali – 4 bankomat
Əksər Azərbaycan vətəndaşı bank-maaş, eləcə bank-kredit kartı ilə istədiyi vaxt pullarını çox asan şəkildə bankomatdan çıxara bilir. Təəssüf ki, bu rahatlıqdan Lerik rayonunun Hamarat kəndində yaşayan yaşlı adamlar istifadə edə bilmirlər.
Belə ki, kənddə, həm də qocaların gedə biləcəyi yaxın ərazilərdə heç bir bankomat yoxdur. Doğrudur, Hamarata 20 kilometr məsafədə yerləşən Piran kəndində bankomat quraşdırılıb. Lakin kəndə ictimai nəqliyyat işləmir və buranın yaşlı sakinləri Pirana getməkdə çətinlik çəkirlər. Əlavə xərc çəkib getdikdə isə ya bankomatın qarşısında sıxlıq yaşanır, ya da ki, cihaz işlək vəziyyətdə olmur. Odur ki, pensiyalarını vaxtında götürə bilmirlər. Vəziyyəti nəzərə alıb yaşlı insanları üzləşdikləri çətinlikdən qurtarmaq bilavasitə səlahiyyətli şəxslərin vəzifə borcudur. Lakin Hamarat kəndinə yaxın, bir neçə yaşayış məntəqəsini birləşdirən ərazidə bankomatın quraşdırılması rayonda hələ ki, kimsəni düşündürmür.
Onu da bildirim ki, Lerikdə 161 kənd və bir şəhər olmaqla, rayonda 80 min əhali yaşayır. Hazırda rayonun ərazisində “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə məxsus 4 ədəd bankomat müştərilərə xidmət göstərir. Bu da heç müsbət rəqəm deyildir.
Zəfər Orucoğlu, Azərbaycan -Jurnalistlər Birliyinin üzvü, "Xalq Qəzeti"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)








