Kapital Bank depozit faizlərini artırdı
Kapital Bank depozit məhsulu üzrə şərtləri dəyişib.
Marja.az Banka istinadən xəbər verir ki, yeni qaydalara əsasən maksimal depozit AZN valyutası üzrə 12 aylıqda 9%-ə, USD valyutası üzrə isə 36 aylıqda 3,5%-dək artırılıb.
AZN valyutası ilə depozitlərdə yeni kampaniyaya start verilib. 31 yanvar 2024-cü ilədək aktual olacaq kampaniyanın şərtlərinə əsasən müştərilər 12 aylıq 9% gəlir əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.
Müştərilər üçün daha sərfəli olan yeni qaydaya əsasən USD valyutası üzrə əmanətin müddəti 12 aydan 36 ayadək müəyyən edilib. Depozit üçün minimum $500 olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum $100 məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir.
Bundan başqa tezliklə Birbank mobil tətbiqində yeni başdan-başa “Rəqəmsal depozit” məhsulu istifadəyə veriləcək. Bu məhsulun əsas üstünlüyü müştərilərin kampaniya çərçivəsində 12 aylıq 9% gəlir əldə etmələri ilə yanaşı proseslərin tamamilə onlayn olmasıdır.
Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyən müştərilər onlara yaradılan imkanlardan istifadə etmək üçün ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər. Depozit kalkulyatoru ilə faiz miqdarını asanlıqla hesablamaq mümkünür: https://kbl.az/kdpr
"140 ildən çox tarixə malik olan Kapital Bank depozitlərin sərfəli və etibarlı ünvanıdır. Müştərilər ürək rahatlığı ilə əmanətlərini banka etibar edə və vəsaitlərinin dövlət səviyyəsində müəyyən edilən bütün təhlükəsizlik standartlarına uyğun şəkildə qorunduğundan əmin ola bilərlər. Şəffaf maliyyə göstəriciləri, ekosistemdəki davamlı yeri və nüfuzu, qabaqcıl dünya trendlərinə əsaslanan strateji hədəfləri və müştərilərlə qurulan səmimi bağ Kapital Bankı milyonlarla müştərinin güvəndiyi etibarlı tərəfdaşa çevirib",- bankın məlumatında bildirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






