"Alıcılar “SAB”ın zavoduna gələrək istehsal ilə yaxından tanış ola bilərlər"
"SAB" istehlakçıların hüquqlarını qoruyur və müdafiə edir. İstehlakçılar vaxtından və zamanından asılı olmayaraq (yalnız iş günləri və iş saatında) “SAB” şirkətinin zavoduna müraciət edərək birbaşa istehsalat sahəsi və istehsal prosesi ilə yaxından tanış ola bilərlər".Cəmiyyətdə, xüsusilə də biznes sahəsində “İstehlakçıların hüquqlarının qorunması” və yaxud da “İstehlakçıların hüquqlarının pozulması” kimi cümlələrə tez-tez rast gəlirik. Bəs İstehlakçıların hüquqlarının qorunması hansı qanuna əsasən tənzimlənir?
“Zəhmət-Ruzi” MMC-nin Hüquq şöbəsinin müdiri Mədinə Leqayeva Marja-ya bildirdi ki, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehsalçı isə - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununa əsasən istehlakçıların hüquqlarının qorunması, məsuliyyət və məhkəmə təminatı müəyyən edilmişdir.
"Bildiyiniz kimi, “SAB” (“Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyət) ölkənin qida sənayesində ən qabaqcıl və aparıcı şirkətlərdən biridir. İstehsal etdiyimiz mallar “SAB” əmtəə nişanı (brendi) altında tanınan ət və süd məhsullarıdır və qeyd etməliyəm ki, biz eyni zamanda da istehlakçıyıq, çünki məhsullarımızın istehsalı üçün lazım olan xammalları tədarük edirik. Bu qanun həm bizim, həm də müştərilərimizin, alıcılarımızın yəni, istehlakçılarımızın hüquqlarını qoruyur. Bizim üçün hər bir müştəri və onun məmnuniyyəti çox önəmlidir. Belə ki, istər istehsalat sahəsində istərsə də digər sahələrdə, yəni təchizat, laboratoriya və sair kimi bütün proseslərə xüsusi bir həssaslıqla yanaşırıq ki, məhsulumuzu alan müştərilər narazı qalmasın, əksinə zövq alsınlar ki, və daha sonra öz yaxınlarına, dostlarına, ailə üzvlərinə tövsiyə etsinlər. Hesab edirəm ki, beynəlxalq marketinq termini olan “Word-of-Mouth Marketing” (ağızdan ağıza keçən reklam kimi tərcümə edilir) üzərindən desək ölkəmizdə yaxud cəmiyyətimizdə dildən-dilə yayılan reklam (tövsiyə xarakterli) digər bütün reklamlardan daha etibarlı sayıla bilər. Ümumiyyətlə bütün sahibkarların məqsədi müştəri qazanmaqdırsa buna təkcə marketinq, reklam və s. kifayət etmir, mütləqdir ki, təqdim etdiyimiz məhsul keyfiyyətli və tələb olunan standartlara uyğun olsun. Alıcılar “SAB” tərəfindən məhsulu dadına görə tanıyır. Bizi seçən müştəri isə halallığa, keyfiyyətə və qida məhsullarının istehsalı üçün tələb olunan standartlara üstünlük verən istehlakçıdır".
Bəs istehlakçı buna necə əmin olsun ki, həqiqətən də “SAB” əmtəə nişanı altında satılan məhsullar yüksək keyfiyyətlə, gigiyenik şəraitdə peşəkarlar tərəfindən hazırlanır.
"Məlumat üçün bildiririk ki, məhz istehlakçıların hüquqlarının qorunması məqsədi ilə onları istehsal şəraitimizlə tanış etmək üçün hər zaman “SAB”-da “Açıq qapı” günləri keçirilir. İstehlakçılar vaxtından və zamanından asılı olmayaraq (yalnız iş günləri və iş saatında) “SAB” şirkətinin zavoduna müraciət edərək birbaşa istehsalat sahəsi və istehsal prosesi ilə yaxından tanış ola bilərlər. Bundan əlavə bizim rəsmi veb saytımızda qaynar xətt nömrələrimiz də qeyd olunub, bu da istehlakçılara şərait yaradır ki, birbaşa bizimlə əlaqə saxlamaqla təklif və iradlarını bildirsinlər. Biz istehlakçını əmin etməyə çalışırıq ki, məhsullarımızın sizin süfrələrinizi bəzəməsi məhz bizim üçün ən prioritet məsələdir. Ailə üzvlərinizi, əzizlərinizi, doğmalarınızı bir araya toplamağınız üçün “SAB” məhsulları ən düzgün seçimdir",- “Mədinə Leqayeva qeyd etdi.
Şirkətin Hüquq şöbəsinin müdiri əlavə olaraq qeyd etdi ki, müasir dövrümüzdə istehlakçıların tələbat məsələsini nəzərə alaraq, alış-veriş və onunla bağlı digər məsələlər böyük maraq kəsb edir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən İstehlakçının tələblərini ödəməyən malın lazımi keyfiyyətli mala dəyişdirmək hüququ vardır. Bununla əlaqədar olaraq, istehlakçıların hər hansı təklifi, iradı, habelə şikayəti olduğu zaman biz müştəri ilə individual şəkildə işləyirik: "İlk öncə istehlakçı ilə əlaqə saxlayır, problemin həllinə yönəlir, xüsusi hallarda isə zavodumuza dəvət edərək narazılıqların aradan qaldırılması üçün tam dəstək və xidmət göstəririk. Həmçinin bildiririk ki, istehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət də elan edilə bilər".
"“SAB”-ın Azərbaycan Respublikasının qida sənayesində aparıcı yer tutmağına səbəblərdən biri də müstəqil fəaliyyət göstərən Baytarlıq-sanitariya Laboratoriyasına malik olmasıdır. Məhz, “SAB” ölkəmizdə müvafiq dövlət strukturlarının qida sənayesində həyata keçirdiyi yoxlamalardan həmişə müvəffəqiyyətlə çıxmışdır. Həmçinin qeyd etməliyəm ki, istehlakçılar bütün əlaqə vasitələrindən (rəsmi veb sayt, sosial media hesabları, qaynar xətt - +994(12)3494433, e-poçt - [email protected]) istifadə edərək təklif, irad və ya şikayətlərini bildirə bilərlər. Müraciətləriniz, “SAB”-ın beynəlxalq təhsilə və təcrübəyə malik peşəkar kollektivi tərəfindən operativ şəkildə cavablandırılacaqdır",- Mədinə Leqayeva son olaraq qeyd etdi.
“SAB” – halallıq və keyfiyyət nişanəsi!
İnstagram: sab.azerbaijan
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
9 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
55 d. əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
2 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
2 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır






.jpg)
.jpg)





.jpg)




