Rusiya buğdanın ixracına qadağa qoydu
Gömrük alt komitəsi altı ay müddətində bərk buğdanın ixracına qadağa qoyulmasını dəstəkləyibRusiyada Gömrük və Tarif Tənzimlənməsi üzrə Alt Komitə Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-i daxil olmaqla, bərk buğdanın Rusiya Federasiyasından ixracına müvəqqəti qadağa tətbiq etmək təşəbbüsünü dəstəkləyib.
Marja.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında deyilir.
“Biz Kənd Təsərrüfatı Nazirliyinin Rusiya Federasiyasından bərk buğdanın ixracına 6 ay müddətinə - 2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-dək müvəqqəti qadağa tətbiq etmək təşəbbüsünü dəstəklədik”, - məlumatda deyilir.
Bu qərar ərzaq təhlükəsizliyi və daxili bazarda taxıl məhsullarının istehlak qiymətlərini sabit qalmasını təmin etmək üçün qəbul edilib.
Buğda yüksək protein tərkibinə malikdir. Çörək unu istehsalının xammalıdır.
Bundan başqa, Rusiya Gömrük və Tarif Tənzimlənməsi üzrə Alt Komitə Rusiya Federasiyasından Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olmayan dövlətlərə taxıl ixracı üçün 24 milyon ton həcmində kvotanı dəstəkləyib; bu, 2024-cü il fevralın 15-dən iyunun 30-dək qüvvədə olacaq.
"Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin təklifi Avrasiya İqtisadi İttifaqının üzvü olmayan dövlətlərə taxılların (buğda, arpa, qarğıdalı, çovdar) Rusiya Federasiyasından ixracı üçün tarif kvotası həcminin müəyyən edilməsi haqqında təklifə 24 milyon ton həcmində dəstək verilib. Kvotanın 2024-cü il fevralın 15-dən iyunun 30-dək qüvvədə olması planlaşdırılır".
Rusiya hökuməti ilk dəfə 2023-cü il fevralın 15-də Aİİ üzvü olmayan dövlətlərə taxıl tədarükü üçün kvota tətbiq edib, müvafiq qərar 2022-ci ilin dekabrında qəbul edilib. Həmin vaxt kvota 25,5 milyon ton idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
39 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 42 d. əvvəl
-
51 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
54 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir























