SOCAR Rumıniyada bitum terminalının tikintisində iştirak edə bilər
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi olan “SOCAR Petroleum SA” bu ölkədə bitum terminalının tikintisində maraqlıdır.
Bu barədə Buxarest Fond Burjası "Konstansa" neft terminalına istinadən məlumat yayıb.
Bildirilir ki, Rumıniyanın Konstansa limanında əsas payı dövlətə məxsus olan neft terminalı ilə birgə bitum terminalı tikməkdə maraqlı olan şirkətlərin siyahısını dərc edib.
Daha iki şirkət bitum terminalının tikintisi üçün tərəfdaşlıq yaratmaq niyyətlərini bildiriblər.
Neft terminalı “SOCAR Petroleum SA”ın neft bitumunun tikinsitisi ilə bağlı təqdim etdiyi şərtləri qəbul etdiyini təsdiqləyib. Hazırda siyahıda SOCAR da daxil olmaqla yeddi şirkət var.
Müsabiqədə iştirak edən digər şirkətlər Konstantin Limanının nəzarətində olan Moldovanın “Takida Terminal” şirkəti, xam neft treyderi “Euronova Energies”, “Frial SA”, “OMV Petrom", əmtəə treyderi olan “Trafigura” və “Vitaro Energy SRL” şirkətləridir.
"Konstansa" neft terminalının rəhbərliyi bu şirkətlərin hər biri ilə görüşlər keçirəcək və təklifləri ümumi yığıncaqda müzakirə olunacaq.
Açıqlamada bildirilir ki, neft terminalı 2023-2027-ci illər üzrə İnkişaf Strategiyası və İdarəetmə Planına uyğun olaraq bitum terminalının tikinti ilə bağlı layihə hazırlamaq istəyir: “Neft terminalının belə inkişaf layihələrinin həyata keçirilməsi üçün öz mənbələri olmadığından tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




