“Norm” və SLB şirkəti anlaşdı
“Norm” ASC ilə “Azərbaycandakı SLB şirkəti” arasında Anlaşma Memorandumu imzalanıb. G sinif quyu-tamponaj sementinin istehsal imkanları birgə sınaqdan keçiriləcək və inkişaf etdiriləcək.Cənubi Qafqazın ən iri sement istehsalçısı kimi 2013-cü ildən etibarən fəaliyyət göstərən “Norm” ASC ilə enerji sənayesində qlobal texnologiya lideri qismində ölkədə 25 ildən artıq müddət ərzində fəaliyyət göstərən Azərbaycandakı "SLB" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində tərəflər arasında Norm Sement zavodunun G sinif quyu-tamponaj sementinin istehsal imkanlarının birgə sınaqdan keçirilməsi və inkişaf etdirilməsi barədə razılıq əldə olunub.
"Norm" Amerika Neft İnstitutu (API) tərəfindən sertifikatlaşdırılıb və G sinif quyu-tamponaj sementi Norm Sement Zavodunda istehsal olunur. G sinif sement kimi məhsulların lokallaşdırılması iqtisadi inkişafın və genişlənmənin əsas hərəkətverici amillərindən biri olaraq, Azərbaycanın və Xəzəryanı ölkələrin neft-qaz sektoru üçün başlıca prioritetdir.
Memorandum həmçinin texniki sahədə əməkdaşlığa töhfə vermək, hər iki şirkətin laboratoriyaları arasında qarşılıqlı əlaqələrin qurulmasını təşviq etmək və müxtəlif yerli inkişaf imkanlarından istifadə etmək məqsədi daşıyır. Azərbaycandakı SLB şirkəti ilə tərəfdaşlıq hər iki tərəfin ölkəyə verdiyi töhfəni və yerli sənayedə hazırkı istifadəsi ilə yanaşı, “Norm” ASC-nin G sinif quyu-tamponaj sementinin istehsal imkanlarının inkişaf etdirilməsini ifadə edir.
Azərbaycandakı SLB şirkəti qabaqcıl texnologiyalardan və innovasiyalardan istifadə edir və Azərbaycan Respublikasında milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən tanınmış enerji şirkətlərinin iştirak etdiyi iri neft və qaz layihələrində mühüm rol oynayır.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




