Bank 147 milyon manatdan çox xalis mənfəət əldə edib
"PAŞA Bank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 147 milyon 269 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 109 milyon 712 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "PAŞA Bank" ASC xalis mənfəəti 37 milyon 557 min manat və ya 34,2% artıb.
Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 489 milyon 801 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 273 milyon 348 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 205 milyon 667 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 15 milyon 899 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 42 milyon 499 min manat mənfəət vergisi ödəyib.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "PAŞA Bank"ın faiz gəlirləri 99 milyon 970 min manat, qeyri-faiz gəlirləri 22 milyon 8 min manat (birlikdə 121 milyon 978 min manat), əməliyyat mənfəəti 55 milyon 779 min manat artıb.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "PAŞA Bank"ın faiz xərcləri 4 milyon 397 min manat, qeyri faiz xərcləri isə 51 milyon 16 min manat artıb (birlikdə 55 milyon 413 min manat).
BANK BÖYÜYÜB
30 Sentyabr 2023-cü il tarixində "PAŞA Bank" ASC 8 milyard 234 milyon 64 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 720 milyon 769 min manat kredit portfelinə malik olub. Bank ötən ilin eyni tarixində 7 milyard 606 milyon 15 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 667 milyon 872 min manat kredit portfelinə malik idi. Ötən ilin 9 ayının yekununda "PAŞA Bank"ın qiymətli kağızlara investisiyları 1 milyard 960 milyon 222 min manat ikən, 30 sentyabr tarixində 2 milyard 270 milyon 628 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)








.jpg)






