Azərbaycan XİN Makrona cavab verib
"Oktybarın 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd edilib.
Bildirilib ki, Fransa Prezidentinin Qranadada Azərbaycan və Türkiyənin iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir. Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Fransa Prezidentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır.
Tarixdə özünün soyqırım siyasəti ilə yadda qalan, Avropa İttifaqı üzv ölkələri arasında Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmayan yeganə ölkə olan Fransanın çoxsaylı etnik xalqların sülh və əminamanlıq şəraitində yaşadığı, multikultural və multietnik dəyərləri ilə nümunə təşkil edən Azərbaycana azlıqların hüquqları barədə dərs keçməyə cəhd etməsi qəbuledilməzdir.
Ədalətli vasitəçilikdən danışan Fransanın 23 ilə yaxın dönəmdə necə vasitəçilik etdiyi hər kəsə məlumdur. Eynilə, azərbaycanlıların yaşadığı kütləvi qırğınlara, onlara qarşı zor tətbiq edilərək düşdükləri məcburi köçkün və qaçqın həyatına, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin gözardı edilməsinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, Ermənistanın öhdəliklərinə zidd olaraq Azərbaycandan erməni silahlı qüvvələrini çıxarmamasına, davam etdikləri hərbi-siyasi təxribatlara heç bir əhəmiyyət verməyən Fransanın bitərəf və neytral vasitəçi olduğunu iddia etməsi bu ölkənin niyyətindən xəbər verir.
Azərbaycan ərazilərinin 30 il müddətində 20%-ə yaxın hissəsinin Ermənistan tərəfindən işğalına, hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına göz yuman Fransanın Azərbaycanı 150 kvadrat kilometr Ermənistan ərazilərinin işğalında təqsirləndirməsi gülüncdür. Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və delimitasiya olunmamış sərhəddə Azərbaycanın qüvvələrinin yerləşdiyi ərazilərin Ermənistana məxsus olduğunun iddia edilməsi heç bir məntiqə sığmır.
Azərbaycan tərəfinin öz ərazilərini həm diplomatik, həm də hərbi yolla işğaldan azad etmək kimi BMT xartiyası və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim hüququ hər zaman mövcud olub. Məhz Fransa tərəfinin də cəlb olunduğu vasitəçilik səylərinin heç bir nəticə verməməsi, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməsinə gətirib çıxardı.
Eynilə, anti-terror tədbirlərinə qədər Azərbaycanın suveren ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrinin və qondarma rejimin ləğv edilməsinin zəruri olduğu Azərbaycan tərəfindən bütün danışıqlar prosesində dəfələrlə vurğulanırdı. Bununla əlaqədar, Fransa Prezidentinin guya Azərbaycanın qeyri-qanuni separatçı rejimə qarşı güc tətbiq etməyəcəyi barədə söz verməsi iddialarının heç bir əsası yoxdur. Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı.
Azərbaycana təzyiq edilməsinə çağıran Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir. Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, bölgədə sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha faydalı olardı.
Azərbaycan erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirir və ölkəmiz hər zaman olduğu kimi, Ermənistanla qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə hörmət əsasında bölgəmizdə sülh quruculuğunda ən maraqlı tərəfdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 37 d. əvvəl
-
44 d. əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
3 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Ən çox oxunanlar
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu















.jpg)





