Evinizdə və ya şirkətinizdə elektrik enerjisi istehsal edə və artıq hissəsini elektrik şəbəkəsinə ötürə bilərsiniz
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixində müvafiq qərarları ilə təsdiq olunmuş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”, Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” barədə məlumatı.
“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiq edilib. Qaydalar kiçik güclü bərpa olunan enerji qurğuları vasitəsilə istehsal edilmiş elektrik enerjisinin istehlakdan artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürməyə, istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul etməyə imkan verir.
Aktiv istehlakçı kimdir? Elektrik enerjisini istehlak etməklə yanaşı, gücü 150 kVt-a qədər olan qurğular vasitəsilə yaşıl enerji istehsal edən hüquqi və ya fiziki şəxs aktiv istehlakçı hesab olunur. Aktiv istehlakçılar evlərində, müəssisələrində günəş panelləri, kiçik tipli külək turbinləri və ya digər bərpa olunan enerji əsaslı qurğular quraşdıraraq elektrik enerjisi istehsal və istehlak edə bilər. Onlar istehsal edilən elektrik enerjisinin artıq qalan hissəsini elektrik təchizatı şəbəkəsinə ötürə və ehtiyac yarandığı təqdirdə elektrik enerjisini şəbəkədən ala bilərlər.
Aktiv istehlakçılar istehsal və istehlak edilən elektrik enerjisinin miqdarına görə enerji təchizatı müəssisəsi ilə əvəzləşmə və hesablaşma mexanizmindən istifadə edirlər.
Ay ərzində aktiv istehlakçının şəbəkəyə ötürdüyü elektrik enerjisinin miqdarı şəbəkədən aldığından çox olarsa bu növbəti ayın hesabında nəzərə alınır və əvəzləşdirilir. Əvəzləşdirmə bir il ərzində davam edir və hesabat ilinin sonunda yekunlaşdırılır. Bu zaman aktiv istehlakçının balansı müsbət olduqda enerji təchizatı müəssisəsi qalıq elektrik enerjisinin dəyərini aktiv istehlakçının bank hesabına ödəyir. Ödəniş enerji təchizatı müəssisəsi tərəfindən bildiriş təqdim edildikdən sonra 1 ay müddətində cari hesabat dövrü üçün müvafiq topdansatış tarifi ilə həyata keçirilir.
Əgər hesabat dövründə aktiv istehlakçının elektrik təchizatı şəbəkəsindən aldığı enerji şəbəkəyə ötürdüyü yaşıl enerjidən çox olarsa istehlak etdiyi ənənəvi elektrik enerjisinin dəyəri müvafiq pərakəndə satış tarifi ilə enerji təchizatı müəssisəsinə ödənilir.
Hesabat ili dedikdə təqvim ilinin 1 yanvar tarixindən 31 dekabr tarixinədək olan dövr başa düşülür.
Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 347 nömrəli Qərarı ilə Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası təsdiq edilib. Qayda bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Bərpa olunan enerji sertifikatı dedikdə şəbəkəyə ötürülən elektrik enerjisinin mənbəyini təsdiq edən sənəd başa düşülür. Energetika Nazirliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən yaradılmış sertifikat sistemi istehsalçıdan istehlakçıya ötürülmüş və istehlakçı tərəfindən istehlak edilmiş enerjinin bərpa olunan enerji mənbələrindən alınmasını müəyyən edir. İstehsalçıya verilməsi nəzərdə tutulan sertifikatda şəbəkəyə ötürülən elektrik enerjisinin mənbəyi, qurğunun gücü və istehsal olunmuş elektrik enerjisinin və qarşısı alınan karbon qazı tullantılarının miqdarı öz əksini tapır. İstehlakçı üçün nəzərdə tutulan sertifikat istehlakçı tərəfindən şəbəkədən bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin alındığını müəyyən edir.
Sertifikat sisteminin tətbiqi bərpa olunan enerji mənbələrindən istifadəni stimullaşdırılmaqla, gələcəkdə elektrik enerjisi bazarının formalaşmasında mühüm rol oynayacaq.
“Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 348 nömrəli Qərarı ilə “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” təsdiq edilib. Əsasnamə bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin formalaşdırılmasının, aparılmasının, digər dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılmasında məqsəd bərpa olunan enerji sahəsində məlumatlandırma işinin təşkili, bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə, Elektron Hökumət İnformasiya Sisteminin təkmilləşdirilməsi, Respublikada bərpa olunan enerji üzrə məlumatların bir mənbədə (atlasda) toplanmasıdır. Eyni zamanda sistemin tərkib hissəsi olan atlasa bərpa olunan enerji mənbələri potensiallı ərazilər daxil edilir ki, bu da müvafiq sahədə fəaliyyət göstərən investorlar üçün maraq kəsb edəcək. Bundan əlavə Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün bərpa olunan enerjiyə dair məlumatların açıq mənbədən əldə olunması sahənin inkişafına öz töhfəsini verəcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
- 20 d. əvvəl
-
31 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq







.jpg)



.jpg)






.jpg)






