“Veysəloğlu Distribusiya” dünya brendlərini ölkəmizin hər nöqtəsində əlçatan edir
Şirkət 10000-dən artıq satış məntəqəsini 3500-dən çox çeşiddə məhsul ilə təmin edir.(®)1994-cü ildə təsis edilmiş “Veysəloğlu Distribusiya” şirkəti tanınmış dünya brendlərinin məhsullarını Azərbaycan istehlakçıları üçün əlçatan edir.
Şirkət Bakı baş ofisi, Mingəçevir və Salyanda yerləşən regional mərkəzləri ilə yanaşı, Sumqayıt, Xaçmaz, Göyçay, Qəbələ, Şəki, Sabirabad, Lənkəran, Bərdə, Gəncə və Tovuzda satış ofisləri və əməkdaşları ilə xidmət göstərir. Həmçinin Naxçıvan Muxtar Respublikasında “Veysəloğlu Distribusiya” şirkətinin ölkəyə gətirdiyi gündəlik tələbat məhsullarının satışını həyata keçirən sub-distributoru fəaliyyət göstərir.
Bu gün “Veysəloğlu Distribusiya” 150-dən çox yerli və qlobal istehsalçı ilə tərəfdaşlıq edir, 10000-dən artıq satış məntəqəsində 3500-dən çox çeşiddə məhsulun distribusiyasını həyata keçirir.
Şirkət şirniyyat, heyvan yemləri, qastronom və dondurulmuş məhsullar, təmizlik və şəxsi gigiyena vasitələri, içkilər (alkoqollu və alkoqolsuz) kateqoriyalarından olan bir çox məhsulların ölkəmizdəki distributorudur.
Yerli və beynəlxalq istehsalçıların məhsullarını kiçik məhəllə mağazalarından tutmuş böyük hipermarketlərə qədər təqdim edən “Veysəloğlu Distribusiya” şirkəti 2000-ə yaxın əməkdaşı ilə operativ və keyfiyyətli xidmət göstərir.
Həm istehsalçı partnyorlarının, həm də müştərilərinin tələblərini yüksək səviyyədə qarşılayan “Veysəloğlu Distribusiya” şirkəti Cənubi Qafqazda yerləşən ən iri logistika mərkəzlərindən birinə sahibdir. Güclü anbar və logistika imkanları, geniş distribusiya əhatəsi, təcrübəli satış komandası şirkəti beynəlxalq təchizatçılar üçün etibarlı tərəfdaşa çevirməkdədir.
Daim yeniliklərə və innovasiyalara açıq olan “Veysəloğlu Distribusiya” şirkəti sürətlə rəqəmsallaşmaqdadır. Satış proseslərini beynəlxalq proqram təminatı olan SAP üzərindən həyata keçirən şirkət müştərilərinə ənənəvi satışla yanaşı, onlayn satış platforması üzərindən də xidmət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)






