Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərləri milli valyutalarda hesablaşmaları müzakirə edəcəklər
Ərdoğan bildirib ki, Türkiyə və Rusiya mərkəzi bankarınınn rəhbərləri hesablaşmaların milli valyutalarla aparılması üçün addımları müzakirə edəcəklər.Türkiyə və Rusiyanın mərkəzi banklarının rəhbərləri - Hafize Qaye Erkan və Elvira Nabiullina arasında ikitərəfli ticarət çərçivəsində rus rublu və türk lirəsi ilə hesablaşmaların müzakirəsi üçün danışıqlar aparılacaq.
Marja.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə danışıqlara başlamazdan əvvəl deyib.
“Hesab edirəm ki, mərkəzi banklarımızın rəhbərlərinin görüşü milli valyutalarla ticarət istiqamətində addımlar baxımından çox vacibdir”, - o vurğulayıb.
XXX
Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü öncəsi verdiyi bəyanatlardan başlıqlar.
Vladimir Putin deyib:
- Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişaf sürəti qorunur;
- Putin Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqların yaxın vaxtlarda başa çatacağını gözləyir;
- Putin Rusiya ilə Türkiyə arasında enerji sektorunda inamlı əməkdaşlığı və razılaşmaları qeyd edib;
- Putin Soçidəki danışıqlarda Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edəcəyini söyləyib;
- Türkiyədə Akkuyu AES-in birinci bloku gələn il işə düşəcək və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri var.
Rəcəb Tayyib Ərdoğan deyib:
- Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərləri milli valyutalarda hesablaşmalar üçün addımları müzakirə etmək üçün danışıqlar aparacaqlar;
- Türkiyədə Akkuyu AES-in tikintisi müsbət istiqamətdə davam edir;
- Ərdoğan əmindir ki, Türkiyə və Rusiya respublikada ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı razılığa gələ bilərlər;
- Bütün dünya Rusiya Federasiyası və Türkiyə prezidentləri arasında aparılan danışıqları nəticə ümidi ilə izləyir;
- Türkiyə və Rusiya respublikaya təbii qaz tədarükü sahəsində əlaqələri inkişaf etdirməyə davam edəcək;
- Türkiyə Rusiya Federasiyasının respublikada meşə yanğınlarının söndürülməsi üçün əlavə amfibiya təyyarələri göndərə biləcəyini gözləyir;
- Türkiyə Rusiya Federasiyası ilə xarici ticarətin həcminin 100 milyard dollarlıq hədəfə doğru getməsindən razıdır;
- Ərdoğan Putinlə danışıqlardan sonra mühüm açıqlamanın veriləcəyinə ümid etdiyini bildirib ki, bu da “Afrika ölkələrinə doğru bir addım” olacaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 20 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb







.jpg)


.jpg)





.jpg)






