ABŞ-da xam neft ehtiyatları və hasilatı azalıb
ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 7,2 milyon barrel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya (satış) məqsədi xam neft ehtiyatlarının ötən həftə 7,2 milyon barrel (1,5 faiz) azalaraq 483,4 milyon barrelə gerilədiyini açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 2,6 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 4,7 milyon barrel azalma qeyd etmişdi.
Beləliklə, ABŞ-ın satış məqsədilə yığılan xam neft ehtiyatları son 16 həftənin 13-də azalmışdır.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə dəyişməyib və 678,9 milyon barel səviyyəsində sabit qalıb.
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 1 milyon barel (0,4 faiz) azalaraq 230,2 milyon barelə enib. Bazar 0,6 milyon barrel azalma olacağını gözləyirdi. Benzin ehtiyatları əvvəlki həftə 4,4 milyon barel azalmışdı.
Xam neft istehsalı 23 həftənin 4-də gerilədi
Bu dövrdə ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 19 min barel azalaraq 9,41 milyon barelə düşüb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 23 həftənin 4-ündə azalmışdır.
Ölkənin xam neft idxalı sözügedən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 48 min barel artımla 8,04 milyon barelə, xam neft ixracı da gündəlik orta hesabla 302 min barel artımla 1,03 milyon barelə çatıb.
ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı azalmanın açıqlanmasının ardından qlobal bazarda neftin qiymətlərində yüksəliş müşahidə olunub.
EIA göstəricilərinin açıqlanmasından sonra Qərbi Texas tipi xam neftin barrel qiyməti 48,76 dollara, Brent neftinin barrel qiyməti də 50,95 dollara qalxıb..
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
7 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
8 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
10 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 11 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır














.jpg)


.jpg)








