Bakıdan Xankəndidə yaşayan ermənilərə 40 ton un məmulatları göndərilir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərir. Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün humanitar yük yola salınıb.Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb.
Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan məlumat verib.
O bildirib ki, humanitar karvan Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək.
“Bizim Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri və könüllüləri səfərbər olublar. İlkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub. Təbii ki, bundan başqa da ləvazimatlar, əməkdaşlarımızın fəaliyyəti üçün çadırlar, texniki vasitələr var nəzərdə tutulub.
Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu, bir nümayişdir. İnanıram ki, bu addım həm ictimaiyyət tərəfindən, həm beynəlxalq aləmdən, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən də müsbət qarşılanacaq”, - Novruz Aslan deyib.
Sədr bildirib ki, Qızıl Aypara Cəmiyyəti qeyri-siyasi, qeyri-hökumət təşkilatıdır.
“Biz heç bir siyasi prosesə qoşulmamışıq, qoşulmuruq və bundan sonra da qoşulmayacağıq. Ümid edirəm ki, bu hərəkatımız bütün sferalarda müsbət qarşılanacaq. Qiymətləndirilmələr aparılacaq. Ehtiyac olduğu təqdirdə daha sonra da yardımlar göndərilə bilər”, - sədr əlavə edib.
XXX
“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.
Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:
“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 d. əvvəl
-
-
23 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 26 d. əvvəl
- 31 d. əvvəl
- 36 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
















.jpg)





