"Moody's": MBNP bankların əlavə kapitallaşmasını tələb edə bilər
Xarici valyuta riskləri və zəif əməliyyat mühiti Azərbaycanın bank sektorunun inkişafına maneə yaradan əsas amillər olaraq qalır.
Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin bu gün açıqladığı hesabatda deyilir.
Hesabatın müəllifi olan "Moody`s"in vitse-prezidentinin köməkçisi Mariya Malyukova bildirir ki, ümumi daxili məhsul istehsalının və kreditlərə tələbatın azalması, inflyasiyanın sürətlənməsi bu il də bankların kreditləşməsinə əngəl törətməkdə davam edəcək.
"Moody's"in proqnozuna əsasən, bu il Azərbaycanda ümumi daxili məhsul istehsalı 1% azalacaq, 2018-ci ildə isə artacaq.
"Aktivlərin keyfiyyətinin zəif olması bankların rentabelliyinə və kapitallaşmasına neqativ təsir edir. 2016-cı ilin sonunda bank sektorunun kredit portfelinin 30%-i problemlidir. Halbuki 2015-ci ildə bu göstərici 16% olub. Bu il də problemli kreditlərin ümumi portfeldə çəkisi yüksək olaraq qalacaq. Buna səbəb qeyri-qənaətbəxş bazar şəraitinin olmasıdır", - deyə M. Malyukova qeyd edib.
Mütəxəssis əlavə edib ki, banklar tərəfindən yaradılan ehtiyatlar itkilərin örtülməsi üçün kifayət etmir.
"Moody's" hesab edir ki, bir çox banklar bu ili də zərərlə başa vuracaq: "Kredit itkiləri və valyuta riskləri bankların kapitalına təzyiq göstərməkdə davam edəcək".
M. Malyukova hesab edir ki, tənzimləyici qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların əlavə kapitallaşmasını tələb edə bilər.
Qeyd edək ki, hazırda tənzimləyicinin bankların məcmu kapitalına dair minimal tələbi 50 mln. manat səviyyəsində müəyyənləşib.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 43 d. əvvəl
- 56 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























