Exor, Philips-in 15%-ni 2,6 milyard avroya alıb
Hollandiyanın Exor NV şirkəti Royal Philips-in 15% payını alıb, uzunmüddətli investora çevrilib. Müqavilə 2,6 milyard avro dəyərində qiymətləndirilir.
Marja.az xəbər verir ki, bu barədə şirkətlərin birgə açıqlamasında bildirilir.
"Royal Philips və Exor NV elan edir ki, Exor şirkəti Philips-in 15%-lik payını əldə edib", - açıqlamada deyilir.
Əvvəlki ticarət gününün bağlanışında səhmlərin dəyərini nəzərə alsaq, müqavilə təxminən 2,6 milyard avro dəyərində qiymətləndirilir.
Qeyd olunur ki, müqaviləyə Exor-un şirkətin uzunmüddətli investoru olmaq öhdəliyi və müşahidə şurasına bir üzv təklif etmək hüququ daxildir. Bundan əlavə, Exor qısa müddətdə Philips-in əlavə səhmlərini almağı planlaşdırmır, lakin zaman keçdikcə şirkətin payı 20%-ə qədər artırıla bilər.
Philips elektronika və elektron avadanlıq istehsalı ilə məşğul olan Hollandiya şirkətidir. 1891-ci ildə əsası qoyulub və baş ofisi Amsterdamdadır. 2023-cü ilin ikinci rübünün sonuna şirkətin 71 min 519 işçisi olub.
Exor 1927-ci ildə əsası qoyulmuş Hollandiyanın çoxşaxəli holdinq şirkətidir. Təxminən 33 milyard avro dəyərində aktivlər portfelinə malik olan firma Ferrari, Stellantis və CNH Industrial kimi şirkətlərin ən böyük səhmdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 9 d. əvvəl
- 31 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi







.jpg)





.jpg)





