Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Banklar tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi qaydası hazırlanacaq

AzVak-mobil_resmin_ustu_31
Banklar tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi qaydası hazırlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmi və qaydası müəyyənləşəcək.

B, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Reklam_3_11

Fərmana əsasən, Mərkəzi Banka banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmini və qaydasını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub.

Eyni zamanda Mərkəzi Banka investisiya şirkətləri üçün korporativ idarəetmə standartlarını, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların fəaliyyəti və göstərdiyi xidmətlər barədə hesabatların tərtib və təqdim edilməsi qaydalarını, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə edilib.

31.07.2023 12:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19