Oğuz və Şəki rayonları ərazisində su anbarı tikiləcək – SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarının tikilməsi haqqında iyulun 28-də Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə imzalanıb.
Sərəncama əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Əlicançay su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməli və bu su anbarının tikintisi nəticəsində içməli su ilə təmin olunacaq yaşayış məntəqələri və suvarma suyu ilə təmini nəzərdə tutulan əkin sahələri üzrə prioritetləşdirmə aparmaqla, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təkliflərini beş ay müddətində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyaya təqdim etməlidir.
Həmçinin İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumları Əlicançay su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirməlidirlər.
Komissiya bu Sərəncamda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi su anbarının tikintisinin cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidirlər.
Qeyd edək ki, bu Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
16 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























