Bank xalis mənfəətinin 14 dəfə artdığını açıqladı
"Bank Avrasiya" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 2 milyon 273 manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 165 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "Bank Avrasiya"nı xalis mənfəəti 2 milyon 108 min manat və ya 14 dəfəyə yaxın artıb. Artım faiz gəlirlərinin artmasından və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha az vəsait ayrılmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Bank Avrasiyanın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2 milyon 57 min manat və ya 34,5% artaraq 8 milyon 13 min manat, qeyri-faiz gəlirləri isə 239 min manat azalaraq 1 milyon 135 min manat təşkil edib.
2023-cü ilin birinci yarısında "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 9 milyon 148 min manat, cəmi əməliyyat xərcəri (faiz və qeyri-faiz xərcləri) 5 milyon 371min manat, əməliyyat mənfəəti 3 milyon 778 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 505 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Bank Avrasiya"nın əməliyyat mənfəəti 2 milyon 433 min manat təşkil etmişdi və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2 milyon 267 min manat ayırmışdı.
"Bank Avrasiya"nın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 8% azalaraq 30 iyun 2023-cü il tarixində 206 milyon 272 manat təşkil edib. Azlama "Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait" bəndi üzrədir.
"Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 11 milyon 255 min manat və ya 9% artaraq 30 iyun 2023-cü il tarixində 136 milyon 607 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 4 milyon 601 min manat artaraq 13 milyon 477 min manata, biznes kreditləri portfeli 1 milyon 27 min manat artaraq 67 milyon 927 min manata, ipoteka kreditləri portfeli isə 5 milyon 628 min manat artaraq 55 milyon 202 min manata yüksəlib.
"Bank Avrasiya"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 5 milyon 695 min manat və ya 7,1% azalaraq 74 milyon 4 min manata düşüb.Bankda fiziki şəxslərin depozitləri artıb, hüquqi şəxslərin depozitləri isə azalıb.
30 İyun 2023-cü il tarixində "Bank Avrasiya" 74 milyon 519 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
-
30 d. əvvəl
Bank Respublika sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib
-
-
33 d. əvvəl
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək
-
47 d. əvvəl
ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək
-
1 saat əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
















.jpg)








