Unibankda internet bankinq Asan oldu!
Unibankın müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar indi yenilənmiş internet bankinq xidmətinə ”Asan İmza” ilə də qoşula bilirlər. Unibankın internet bankinq xidmətindən yararlanarkən “Asan İmza” mobil elektron imzanın istifadəsi bir çox üstünlüklərə malikdir. Bu üstülüklərdən biri də ödənişlərlərlə bağlı sənədin bank sisteminə avtomatik daxil olma imkanının təqdim edilməsidir.
“Asan İmza” (Mobil imza) elektron xidmətlərə daxil olarkən və sənədləri elektron imza ilə imzalayan zaman kimliyi təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır. “Asan İmza” (Mobil imza) bütün mövcud e-xidmətlərdən maksimum təhlükəsiz şərtlərdə istifadəni mümkün edir. Bu texnologiyanın açar üstünlüyü əlavə proqram təminatına və smart kartı oxuyan qurğuya ehtiyacın olmamasıdır."Asan İmza" texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bunlardan xüsusilə "Asan İmza"nın ölkə qanunvericiliyə əsasən qanuni mobil elektron imza olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığı, yüksək etibarlılığı və təhlükəsizliyi təmin etməsini vurğulamaq olar. “Asan İmza”nı əldə edən müştərilərimiz eyni zamanda ölkədə fəaliyyət göstərən Elektron Hökumət və digər portallar vasitəsilə təqdim olunan 500-dən artıq elektron xidmətdən istifadə imkanı əldə etmiş olurlar. Buna görə də “Asan İmza” sahibləri evdən, iş yerindən ayrılmadan və ya dünyanın istənilən nöqtəsindən Unibank internet bankinq xidmətlərindən çox asan, sürətli və təhlükəsiz şəkildə istifadə edə biləcəklər.
Unibankın yenilənmiş internet bankinqində hansı təkmilləşmələr aparılıb?
- Ölkədaxili və bankdaxili əməliyyatlar daha çox imkanlı, hər bir müştərinin fərdi tələbatına uyğun olub. Yeni funksiyaların əlavə edilməsi, bir neçə imzanı daxil etməyin mümkünlüyü hüquqi şəxslərin və fərdi sahibkarların işini xeyli asanlaşdırıb;
- Büdcə ödənişləri (DSMF/Vergi/Gömrük və digər) bölümü yeni dizaynda təqdim edilib və istifadəsi daha asan olub;
- Təqdim olunan Azercell bölümü şirkətin korporativ nömrələrə görə ödəniş funksiyası təkmilləşdirilməklə yanaşı, asanlaşdırılıb;
- Maaş Köçürmələri bölümünə yeni imkanlar əlavə edilib;
- Avtorizasiya və identifikasiya zamanı geniş seçim imkanı yaradılıb;
- Ödənişlərin təsdiqlənmiş variantını istənilən vaxt çıxarmaq mümkün olub.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank internet bankinq- təhlükəsizlik və rahatlıq hər zaman 1-ci yerdə!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























