"MKT İK" MMC “Qan Ver, Həyat Xilas Et” şüarı ilə növbəti könüllü qanvermə aksiyası keçirib
(®) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Qurban bayramı münasibətilə ötən illərdə olduğu kimi MKT İstehsalat Kommersiya bu il də Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində Mərkəzi Qan Bankı ilə birlikdə “Qan Ver, Həyat Xilas Et” şüarı ilə könüllü qanvermə aksiyası keçirib.
Məlum olduğu kimi, ölkəmizdə talassemiyalı xəstələrin donor qanına böyük ehtiyacı vardır. “MKT İstehsalat Kommersiya”-nın rəhbər şəxsləri də daxil olmaqla bölgələrdə fəaliyyət göstərən əməkdaşları artıq bir neçə ildir ki, qanvermə aksiyalarında könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərirlər. Sözügedən aksiyanın başlıca məqsədi Hemofiliya və Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların sağlamlığının qorunmasına kömək etməkdir.
Hazırkı belə bir tədbir 24 iyun 2023-ci il tarixində “MKT İK” MMC-nin İmişli filialında baş tutmuşdur. Könüllülük əsasında keçirilən aksiyada “MKT İK” MMC-nin əməkdaşları və bəzi fermerlər iştirak ediblər.
Tədbir, Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın tam nəzarəti altında və könüllü donorlar üçün yaradılmış müvafiq şəraitdə icra edilib. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Götürülən qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçirildikdən sonra Mərkəzi Qan Bankında toplanacaqdır.
Tədbirin sonunda, şirkətin marketinq şöbəsinin əməkdaşlarına Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən “MKT İstehsalat Kommersiya” MMC-nin qan donorluğunun təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə “TƏŞƏKKÜRNAMƏ” sertifikatı təqdim edilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)



.jpg)







