ANAMA-da media nümayəndələri ilə dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün dəyirmi masa keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, yerli media subyektlərinin rəhbər şəxlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, UNEC Tədqiqat Fondunun, eləcə də Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmiləri iştirak edib.
Açılış nitqi ilə çıxış edən ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov media nümayəndələrinə Agentliyin fəaliyyətində göstərdiyi əvəzsiz vasitəçiliyə görə təşəkkürünü bildirib. O, mina təhlükəsi ilə mübarizə çərçivəsində həyata keçirilən fəaliyyətdən bəhs edərək mövcud təhlükə haqda yanlış düşüncə tərzinin aradan qaldırılmasında, cəmiyyətin Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirməsində, ictimai məlumatlılığının artırılmasında, əhalinin hər bir təbəqəsi arasında təbliğatın səmərəli formada aparılmasında medianın dəstəyinin danılmaz olduğunu qeyd edib.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ekstremal şəraitdə işləyən jurnalistlərin təhlükəsizliyi, cəmiyyətə çatdırılan informasiyaların etibarlılığı, dolğunluğu kimi məsələlərə diqqət çəkib. Jurnalistlərin bu istiqamətdə təcrübə toplamasının vacibliyini vurğulayan Natiq Məmmədli mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasının da əhəmiyyətini qeyd edib.
Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) əsasında humanitar təmizləmə əməliyyatlarının icrasının başlıca məqsədləri, cəmiyyətin mina təhlükəsi ilə bağlı məlumatlandırılmasında medianın aparıcı rolu, ANAMA-nın informasiya prioritetləri, həmçinin qarşılıqlı fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
ANAMA-nın ekspertləri tərəfindən tədbir iştirakçılarına işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları, Agentliyin təlim imkanları və təlimlərə qoşulmaq üçün müraciət qaydaları, minatəmizləmə fəaliyyəti aparılan ərazilərdə yekun monitorinq və keyfiyyət yoxlamaları barədə məlumatlar təqdim edilib.
Keçirilən dəyirmi masada məlumatların insanlara dolğun və obyektiv ötürülməsi, dezinformasiya hallarına qarşı mübarizə, cəmiyyətdə mediaya inamın təmin olunması və mina təhlükəsi ilə mübarizədə ictimaiyyəti maarifləndirmənin əhəmiyyəti vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
10 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)







.jpg)





