Access2Success: qadınlar üçün biznesdə yeni başlanğıc
(®) AccessBank-ın və əsas səhmdarı olan Asiya İnkişaf Bankının dəstəyi ilə keçirilən və qadın sahibkarlar üçün nəzərdə tutulmuş Access2Success layihəsi uğurla başa çatdı.
Sahibkarlığa ilk addımlarını atan qadınların inkişafına yönəlmiş layihəyə 50 qadın qatılmışdı. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə, eko məhsullar, dekor, geyim və aksessuar kimi sahələri təmsil edirdilər.
5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər keçirilib. Təlimlər ölkənin ən güclü ekspertləri tərəfindən keçirilirdi.
Təlimin son günlərində iştirakçılar seminarlar ərzində öyrəndikləri nəzəri bilikləri gələcək bizneslərində necə tətbiq edəcəkləri barədə təqdimatlarla çıxış etdilər. Yekun tədbirə AccessBank rəhbərliyi, Asiya İnkişaf Bankının Azərbaycan ofisinin nümayəndələri və proqramın mentorları qoşularaq iştirakçılara bizneslərində uğurlar arzu etdilər.
Azərbaycanda mikro və orta sahibkarlığın kreditləşdirməsi üzrə lider olan AccessBank qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlimlərini artıq ikinci dəfə idi ki, həyata keçirirdi. Ötən ildən reallaşdırılan layihədə Bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləmək və bu istiqamətdədə Azərbaycanın biznes mühitinə dəstək olmaqdır.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 45 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)




.jpg)



.jpg)









