Hindistan brendlərinin dəyəri 2 trilyon dollara yaxınlaşıb
Hindistanın ən yaxşı 100 markasının ümumi dəyəri keçən il artaraq 2 trilyon ABŞ dollarına yaxınlaşıb.
Bu barədə “Brand Finance” konsaltinq şirkətinin araşdırmasından məlum olur.
Qeyd olunub ki, “Tata Group” konqlomeratı ölkənin ən bahalı brendi olaraq qalır - onun dəyəri il ərzində 10,3% artaraq 26,4 milyard ABŞ dolları təşkil edib. “Tata Group” ən bahalı brendlərin qlobal siyahısında yeddinci yeri tutur.
Vurğulanıb ki, son iki il ərzində “Tata Group” rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi ilə əhəmiyyətli strateji transformasiyaya məruz qalıb
İkinci yerdə proqram təminatı istehsalçısı “Infosys” qərarlaşıb. Brendin dəyəri 13,01 milyard ABŞ dollardır.
Üçüncü sırada “Life Insurance Corporation” (9,76 milyard dollar) sığorta şirkətidir. Daha sonra “Airtel” telekommunikasiya operatoru (7,53 milyard ABŞ dolları) və “Reliance Industries” konqlomeratıdır (7,36 milyard ABŞ dolları).
© Report
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
-
45 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
4 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma














.jpg)






