Türkiyə vətəndaşları Ərdoğan və Kılıçdaroğlu arasında seçim edir
Birinci turda ən çox səs toplayan iki namizəd arasında ikinci tur keçirilir. Ən çox etibarlı səs toplayan namizəd Türkiyənin 13-cü prezidenti seçiləcək. İkinci turda 50%+1 tələbi yoxdur.Türkiyənin seçki tarixində ilk dəfə seçicilər ikinci tur üçün seçki məntəqələrinə gəlir.
Marja xəbər verir ki, Prezident seçkisinin ikinci turunda namizədlər Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu 64 milyondan çox seçicinin səsini qazanmaq üçün mübarizə aparırlar.
14 Mayda keçirilmiş ölk turda 27 milyon 133 min insan "Cümhur" İttifaqının namizədi Ərdoğana səs verib. Ərdoğanın səs nisbəti 49,52% olub.
"Millet" ittifaqının namizədi Kamal Kılıçdaroğlu 24 milyon 594 min səslə 44,88%-ə çatıb.
"Ata" ittifaqının namizədi Sinan Oğan 5,17% səs toplayıb.
İkinci tur seçkisi üçün "Ata" ittifaqı "dəstək" məsələsində bölünüb. Alyansın namizədi Sinan Oğan Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyi halda, ittifaqı quran Zəfər Partiyası və Ədalət Partiyası Kılıçdaroğlunu dəstəkləməyə qərar verib.
Seçki üçün ölkə daxilində 191 mindən çox seçki qutusu qurulub və 5 il vəzifədə olacaq prezident müəyyən ediləcək.
Səsvermə Türkiyə saatı ilə 08:00-da başlayıb və 17:00-a qədər davam edəcək.
Türkiyənin Yüksək Seçki Komissiyasının (YSK) açıqladığı məlumatlara görə, ilk səsvermədə ən çox səs toplayan iki namizəd seçkinin ikinci turunda iştirak edir və etibarlı səslərin çoxunu yığan namizəd prezident seçilir. Yəni seçkinin ikinci turunda 50%+1 şərti tələb olunmayacaq və ən çox səs toplayan namizəd 13-cü prezident seçiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
- 19 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 58 d. əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)














.jpg)
