Azərbaycan İrandan bibər alışını məhdudlaşdırdı - 17 may tarixindən...
46 tondan çox məhsulda zəhərli maddələr aşkarlanıbAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İran İslam Respublikasından idxal olunan bibər məhsullarından nümunələr götürülərək qida təhlükəsizliyi göstəriciləri üzrə müayinələrə cəlb edilməsi məqsədilə Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Marja AQTA-nın məlumatına istinadən xəbər verir ki. Aparılan ekspertizanın nəticələrinə əsasən, İran İslam Respublikasından ixracatçı şirkətlər “Bazargani Amanj Sahragard”a məxsus “Green Fruit-22” MMC tərəfindən idxal olunan 12428 kq bibər məhsulunda “Carbendazim”in, “Azin Pishro Azarin”a məxsus “Dry Fruits” MMC tərəfindən idxal edilən 6650 kq bibər məhsulunda “Etoxazole”un, “Rahim Moradian”a məxsus Hüseynov Şahverən Hüseynqulu tərəfindən idxal olunan 8250 kq bibər məhsulunda “Etoxazole”un, “Vahid Rezael Pour”a məxsus “Dry Fruits” MMC tərəfindən gətirilən 13165 kq bibər məhsulunda “Carbendazim”in, “Rasool Soleymanpour”a məxsus “Şaiqoğlu” MMC tərəfindən idxal olunan 6000 kq bibər məhsulunda isə “Acetamiprid”in maksimum qalıq miqdarı üzrə ümumilikdə, 46493 kq (netto) məhsulda uyğunsuzluq (pestisid qalığı) aşkarlanıb.
Bununla əlaqədar, Agentlik tərəfindən İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi – Cahad bitki mühafizə təşkilatına uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir.
Aşkarlanan hallarla bağlı 2023-cü il 17 may tarixindən (həmin tarixə qədər sertifikatlaşdırılmış məhsullar istisna olmaqla) İran İslam Respublikasında fəaliyyət göstərən “Bazargani Amanj Sahragard”, “Azin Pishro Azarin”, “Rahim Moradian”, “Vahid Rezael Pour” və “Rasool Soleymanpour” ixracatçı şirkətlərin, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən “Green Fruit-22” MMC, “Dry Fruits” MMC, Hüseynov Şahverən Hüseynqulu və “Şaiqoğlu” MMC-nin İran İslam Respublikasından Azərbaycan Respublikasına bibər məhsulunun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Respublikası ərazisinə idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı görülən tədbirlər haqqında Dövlət Gömrük Komitəsinə müvafiq məktub ünvanlanıb.
Pestisid ― bitki zərərverici və xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, oduncağa, pambıq məmulatları, yun, dəri, həmçinin insan və heyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə istifadə edilən kimyəvi maddədir. Pestisidlər və ya kimyəvi zəhərli maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məsuldarlığını artırmaq üçün istifadə olunur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)






.jpg)



.jpg)








