"Palfood"dən aksiya xəbərinə reaksiya
"PalSüd"ün işçilərinə 1 milyon manat borcunun olması və ötən 7-8 ay ərzində zavod işçilərinin aksiya keçirməsi barədə xəbər vermişdik. Təxminən 20 gün əvvəl isə şirkətlə müqavilə əsasında çalışan süd qəbul məntəqələrinin 60-a yaxın işçisinin ümumilikdə 1 milyon manat dəyərində olan borca görə etiraz etdiyi bildirilir.
Bununla bağlı "Palfood" MMC bəyanat yayıb. Bəyanatı təqdim edirik.
-"Palfood" MMC bəyan edir ki, şirkətin əməkdaşları və süd təchizatçıları tərəfindən güya şirkətə qarşı etirazların edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur. Bütün bunlar keçmişdə baş vermiş və ən əsası, şirkətlə heç bir əlaqəsi olmayan olayın KİV-də tamamilə fərqli şəkildə təqdim edilməsinim nəticəsidir. Bildiririk ki, "Palfood" MMC ölkənin ən iri süd məhsulları istehsalçılarından biri olmaqla xam südü ölkənin iri fermer təsərrüfatlarından müqavilə və təhvil-təslim aktları əsasında alır. Süd alışı ilə əlaqədar bütün hesablaşmalar vaxtı-vaxtında həyata keçirilməklə təchizatçılarla uğurlu işgüzar münasibətlər qurulmuşdur. Təchizatçılarımız tərəfindən hər hansı etirazın olması, sözsüz ki, mümkün deyil.
O ki qaldı xəbərin işçilərə dair hissəsinə, bu məlumat da həqiqətdən uzaqdır. Zavodumuz uzun illərdir ki, ölkəmizin cənub bölgəsinin ən iri işəgötürən müəssisələrindən biri olaraq qalır. Zavodumuzun kollektivi stabil və effektiv şəkildə işini həyata keçirir ki, hər bir kəs ölkəmizdə istehsal olunan təbii və keyfiyyətli süd məhsullarını əldə etmək imkanına malik olsun.
Şirkətimiz Azərbaycan prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair göstərişləri əsasında yaradılan ilk özəl müəssisə olub. Fəxrlə qeyd edirik ki, milli valyutanın iki devalvasiyası və digər iqtisadi faktorlara rəğmən tərəfimizdən məhsulların qiymətlərində şişirdilmə olmamış, həmçinin işçilərin ixtisarı siyasətinə əl atılmamışdır. Bundan əlavə, xüsusi icazələr almaqla, şirkətimiz istehsal etdiyi məhsulların xarici ölkələrə ixracına da diqqət ayırıb. Bizim fəaliyyətimiz iqtisadi şəraitə rasional yanaşmanın, ölkə hakimiyyəti tərəfindən təsdiq edilmiş iqtisadi kurs çərçivəsində dövlətlə effektiv qarşılıqlı fəaliyyətin əsasında həyata keçirilir. Bir neçə gün öncə dövlət başçısı növbəti dəfə yerli biznesə dəstəyin vacibliyini bildirdi və bu istiqamətdə müvafiq göstərişlərini verdi. Lakin görünən odur ki, bu cür əsassız və yoxlanılmamış məlumatların yayılması yerli iri özəl istehsalçının reputasiyasına mənfi təsir göstərilməsi cəhdinin daha bir təəssüfverici nümunəsidir. Hesab edirik ki, biznesin ve qeyri-neft sektorunun inkişafının xüsusi diqqət mərkəzində saxlandığı belə bir dövrdə bu tipli məlumatların KİV-də yayılması bilavasitə dövlətin siyasəti və iqtisadi siyasətinə qarşı yönəlmiş addımdır.
Bu kimi xəbərlərə böyük təəssüf hissi ilə yanaşır və onların yayılmasının arxasında duran səbəblərdən asılı olmayaraq bəyan edirik ki, bütün bunlar bizə öz işimizi davam etdirməyə heç bir maneə törədə bilməz".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
8 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
11 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
12 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Ən çox oxunanlar
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb





















