İsrailli müəllimlər tərəfindən keçiriləcək təlim proqramına müraciət başladı
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni qeydiyyat dalğasını elan edirAzərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni tədris proqramı üçün qeydiyyat elan edir.
“PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə yaradılan mərkəzin təqdim etdiyi təlimlərdən yararlanmaq üçün 18 yaşdan yuxarı və ingilis dili biliklərinə malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.
Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. Belə ki, israilli mütəxəssislər tərəfindən keçiriləcək imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları və ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edəcək.
Proqrama qəbul olunan şəxslərə israilli müəllimlər tərəfindən “Technion” İnstitutunun təlim proqramına əsasən dərslər keçiriləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 17:00-a qədər davam edəcək. Təlimlərdə 3 növ mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Hər birində 20 nəfər olmaqla hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.
Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün son tarix 31 may 2023-cü ildir.
Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, məlumatlandırma, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı istiqamətində də təlimlər keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
2 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
4 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma







.jpg)
















