"Qarabağda biznes qurmaq üçün 500-ə yaxın xarici şirkətdən müraciət daxil olub"
Bugünədək azad edilmiş ərazilərdə biznes qurmaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 400-dən artıq müraciət daxil olub ki, onların təqribən 500-ə yaxını xarici şirkətlərin müraciətləridir.
Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.
"Şübhəsiz ki, Vətən Müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişafı üçün əlavə mənbələr açmış olub. Hamımız üçün bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər dava etdirilir", - O. Məmmədov bildirib.
O əlavə edib ki, əsas hədəf 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasından irəli gələrək KOB-ların qeyri-neft/qaz sektorunda ÜDM-dəki payının 35 %-ə, məşğulluqda payının isə 60 %-ə yüksəldilməsinə nail olmaqdır.
"Bu məqsədlə yaranmış yeni iqtisadi reallıqlara çevik reaksiyanın verilməsi və strateji fəaliyyət gündəliyimizə yeni elementlərin daxil edilməsi olduqca vacibdir. Belə ki, bizneslərin rəqəmsal və "yaşıl" transformasiyası məsələlərinin sahibkarlıq subyektlərinin dayanıqlığının və rəqabət qabiliyyətinin artırılması, eləcə də qlobal dəyər zənciri sisteminə daha geniş inteqrasiyası baxımından mühüm əhəmiyyəti nəzərə alınaraq, qarşıdakı dövrlərdə sözügedən istiqamətlərdə işlərin genişləndirilməsini və yeni təşəbbüslərin həyata keçirilməsini hədəfləyirik", - O. Məmmədov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
53 d. əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)















.jpg)