Kapital Bank-dan “Sahibkarlar Günü”nə sərfəli təklif
(®) Kapital Bank 25 aprel – Sahibkarlar Günü münasibətilə kiçik, orta və iri sahibkarlar üçün yeni kampaniya keçirir.
Kampaniya çərçivəsində əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən tarif paketlərinə 15%-dək endirim təqdim edilir. Belə ki, 31 may 2023-cü il tarixinədək “Təməl” və “Sərfəli XS” tarif paketlərini 5%, “Uğur”, “İnkişaf” “Sərfəli S” və “Sərfəli M” tarif paketlərini 10%, “Zirvə”, “Hədəf”, “Sərfəli L” və “Sərfəli XL” tarif paketlərini isə 15% endirimlə əldə etmək mümkündür.
Müştərilər tarif paketlərini və paket əlavələrini banka gəlmədən, Müştəri Bank vasitəsilə birdəfəlik ödəniş etməklə əldə edə bilərlər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları limitsiz və ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər. Kapital Bank-ın bu məhsullarını əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 40% qənaət etmiş olurlar.
Kapital Bank, tarif paketlərindən başqa mübadilə, məxaric və mədaxil tipli seqmentləşdirilmiş əməliyyatları əhatə edən “Valyuta Mübadiləsi”, “Hesabdan Məxaric” və “Əmək Haqqı” adlı paket əlavələrindən yararlanma imkanı yaradıb. Sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini və paket əlavələrini rahatlıqla seçim imkanına malikdirlər.
Qeyd edək ki, tarif paketləri və paket əlavələri haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/tpyks linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 45 d. əvvəl
-
1 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 3 saat əvvəl
-
6 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
6 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb






















