Azərbaycanlılar daxil əcnəbilərin Türkiyədə ev alışları azalıb
2023-cü ilin ilk 3 ayında (yanvar-mart) Azərbaycan vətəndaşları Türkiyədə 207 mənzil (ev) alıblar. Halbuki, azərbaycanlılar 2022-ci ilin eyni dövründə qardaş ölkədə 297 evə sahib olmuşdular.
Marja.az Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 65, fevralda 73, martda 69 ev alıblar.
Xatırladaq ki, Azərbaycan vətəndşaları Türkiyədə 2022-ci ilin yanvarında 89, fevralında 93, martında 115 ev almışdılar. 2022-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə azərbaycanlılar Türkiyədə daha az ev alıblar.
Martda azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 9-cu yeri tutub.
2022-ci il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1330 ev alıblar. Halbuki, azərbaycanlılar 2021-ci ildə qardaş ölkədə 1517 evə sahib olmuşdular.
ƏCNƏBİLƏRƏ EV SATIŞI AZALIB
Türkiyədə əcnəbilərə ev satışı 2023-cü ilin mart ayında ötən ilin eyni ayı ilə müqayisədə 38,7% azalaraq 3415 olub. Mart ayında xaricilərə ev satışının ümumi ev satışlarında payı 3,2% təşkil edib. Xaricilərə ev satışında ilk yeri 1324 ev satışı ilə Antalya tutub. Antalyanın ardınca 1090 ev satışı ilə İstanbul və 240 ev satışı ilə Mersin gəlib.
Yanvar-mart dövründə əcnəbilərə ev satışı ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 azalaraq 10 min 926 olub.
Ölkənin milliyyətinə görə ən çox ev satışı Rusiya Federasiyası vətəndaşlarına edilib. Mart ayında Rusiya vətəndaşları Türkiyədən 1175 ev alıblar. Rusiya Federasiyası vətəndaşlarının ardınca 472 yaşayış ev alışı ilə İran, 165 ev alışı ilə İraq və 160 yaşayış ev alışı ilə Ukrayna vətəndaşları gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)







.jpg)











