Təhməzli ət məhsullarının istehsalçılarına tələblərə və qaydalara uyğunlaşmanın zəruriliyini şəxsən çatdırıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ət və ət məhsullarının istehsalı, emalı, ixracı və idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, tədbir ət və ət məhsullarının istehsalı, emalı, ixracı və idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, işlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi, o cümlədən ət və ət məhsullarının istehsalı, emalı, ixracı və idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Bildirib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının ölkəyə idxalı ilə bağlı tələblərdə dəyişikliklər edilib. Qanun bir çox beynəlxalq qaydaların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış formalaşdırıb.
Q.Təhməzli qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən lazımi tədbirlərin görülməsinin və onların işlərini müasir tələblərə və qaydalara uyğunlaşdırmasının zəruriliyini diqqətə çatdırıb. AQTA sədri eyni zamanda qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının ən müasir cihaz və avadanlıqlarla təchiz edildiyini vurğulayıb.
Tədbirdə ölkədə kolbasa və sosiska məhsulları üzrə, eləcə də respublika ərazisində quşların yetişdirilməsi və kəsimi sexlərində aparılan nəzarət tədbirləri barədə də məlumat verilib. Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək müayinə üçün AQTİ-nin müvafiq laboratoriyalarına təqdim olunub. Cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib. 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
- 20 d. əvvəl
-
31 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq






.jpg)



.jpg)






.jpg)






