970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakının mərkəzində yerləşən hotel 3 illik fasilədən sonra yenidən açılır

“İnturist” mehmanxanası "Sheraton Baku Intourist" adı ilə yenidən aprelin 13-də açılacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının mərkəzində yerləşən hotel 3 illik fasilədən sonra yenidən açılır
iç səhifə xəbər şəkil altı (mobil)_32

“İnturist” mehmanxanası rebrendinq olunduqdan sonra "Sheraton Baku Intourist" adı ilə istifadəyə verilir.

Marja xəbər verir ki, bu barədə "Absheron Hotel Group" məlumat yayıb.

Reklam_3_11

"Uzun müddətdir gözlənilən hotelimiz "Sheraton Baku Intourist" rebrendinq olunduqdan sonra açılışına sayılı günlər qaldı", - qrupun məlumatında bildirilir.  

Qeyd edək ki, "Sheraton Baku Intourist" barədə məlumatlar Marriott-un saytında göstərilir. "Sheraton" "Marriott International"a məxsus beynəlxalq otellər şəbəkəsidir.

Qrupun digər bir məlumatında deyilir:

"Sheraton Baku Intourist" hoteldə lüks və rahatlığın yeni səviyyəsini yaşamağa hazır olun - öz qapılarını aprelin 13-də açacaqdır! Demək olar ki, 3 illik intizardan sonra gözəl təmir edilmiş otelimiz sizi yenidən qarşılamağa hazırdır! Bununla da bitmir - "Abakuz" restoranımız sizi heyrətləndirmək üçün ləzzətli Aralıq dənizi mətbəxi ilə genişlənib!"

Xatırladaq ki, "Sheraton Baku Intourist" mehmanxanası 2015-ci ildə “İnturist” adı ilə yenidən istifadəyə verilmişdi. Yeni “İnturist” vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Belə ki, hazırkı 5 ulduzlu "Sheraton Baku Intourist"in əsası 1934-cü ildə qoyulub. Otel Bakı şəhərinin mərkəzində yerləşir və Dənizkənarı Bulvara baxır.

Sheraton Baku Intourist Absheron Hotel Group Abakuz Bakı hotel mehmanxana otel
04.04.2023 10:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19