iPhone-un milyarder etdiyi iş adamı
Dünyanın ən iri çip istehsalçısı "Taiwan Semiconductor Manufacturing"in (TSMC) İdarə Heyətinin sədri Morris Chang, sentyabrda yeni model iPhone-nu təqdim etməyi planlaşdıran Apple sayəsində milyarderlər sinfinə girib.
"Marja" xəbər verir ki, Tayvanda yerləşən şirkətin dəyərinin son bir ildə 27 faiz artması, şirkətdə 0,5 faiz payı olan Chang-in sərvətini 1 milyard dollara qaldırıb. Bazar dəyəri 183 milyard dollara çıxan TSMC, Tayvan birjasının ən qiymətli şirkəti olub.

"Credit Suisse"ın səhmlər üzrə analitiki Randy Abrams-a görə, yeni iPhone-un gəlirləri artıracağı gözləntisi ilə bərabər, yeni nəsil avtomobil, yüksək performanslı kompüterlər və "Əşyaların İnterneti" texnologiyalarındakı inkişaf, TSMC-nin dəyərinin artmasının səbəbləridir.
86 yaşlı Morris Chang, Tayvan hökumətinin də dəstəyini alaraq 1987-də TSMC-ni qurub. Bu gün ölkənin Milli İnkişaf Fondu 6,4%-lik payla şirkətin ən böyük səhmdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























