Faizləri artıran FED "tənəzzül yaratmaqda" günahlandırılır
ABŞ-da Nümayəndələr Palatasının Demokrat üzvü Çərşənbə günü Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell- ə (Cerom Pauell) bildirib ki, FED, inflyasiyanın aşağı salınması üçün faiz dərəcələrini yüksəltməklə “resessiya hazırlayır” (tənəzzül) və mərkəzi bankdan gələcək faiz artımlarından geri çəkilməsini xahiş edib.
Marja xəbər verir ki, Massaçusetsdən olan Palatanın üzvü Ayanna Pressli Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin dinləmələri zamanı cənab Pauelldən faizlərin artırılması kursunu dayandırmağı xahiş edib. O, Fed-in qaçılmaz tənəzzül riski yaratdığını söyləyib, çünki faizlərin daha da artırılması işçilərin ixtisarına səbəb olur.
Cənab Pauell onun tənəzzülün qaçılmaz olduğu iddiasını rədd edib və bildirib ki, mərkəzi bank xroniki qiymət artımları ilə mübarizə aparmalıdır.
"Biz tənəzzül yaratmağa çalışmırıq və düşünmürük ki, tənəzzülə ehtiyacımız var", - o, deyib.
Xanım Pressli soruşub: “Faiz artımını dayandıracaqsınız, hə, yoxsa yox?”ş
“Faiz artımını dayandıracağam” mövzusunda “hə və ya yox” demirəm”, - cənab Pauell cavab verib. O, FED-in yanvar ayında 6,4% olan inflyasiyanı cilovlamaq üçün faizləri gözləniləndən daha çox artırmaq və daha yüksək səviyyələrə çatdırmaq məcburiyyətində olduğunu ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)










