"Qar ehtiyatları çoxdur, Kürdə suyun artımı gözlənilir" - Hidrometeorologiya Xidməti
Son vaxtlar sosial şəbəkədə Kür çayında suyun azalması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib ki, son illərdə Kür çayının suyunun azalması, ilk növbədə, iqlim dəyişikliyi ilə bağlıdır:
"İqlim dəyişikliyi 30 ildə çaylarımızda suyun 15% azalmasına səbəb olub. Bununla yanaşı, çayda suyun mövsümi azalması və çay suyundan istifadə də istisna edilmir. Qış ayları çayda ən az sulu dövr hesab olunur. Kür və Araz çaylarının suyundan həmişə istifadə olunub, indi də olunur. Bütün amillər birlikdə Kürün aşağı axınında suyun azalmasına gətirib çıxarır".
Rafiq Verdiyevin sözlərinə görə, bütün bu amillərlə yanaşı qonşu ölkələrdə sudan istifadənin də bu azalmada rolu var:
"Qanıx çayı Kürün əsas qoludur, Gürcüstan ərazisindən daxil olur. Oradan 30%-ə qədər su gəlir. Amma artıq qar əriyir, yaz yağışları yağır və son günlərdə Kür çayının yuxarı axarında, Qanıx çayının suyunda artım müşahidə edilir. Ehtimallara görə, yaxın günlərdə, yaz dövründə Kürün suyunun artması gözlənilir".
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dağlıq ərazilərdəki bütün çayların hövzələrində qarölçmə işləri aparılır. İlkin qiymətləndirməyə görə, qar ehtiyatları çoxdur. Artıq son iki gündə Kürün suyunda da artım müşahidə edilir. Ona görə, qısa zamanda Kür çayının aşağı axınında da suyun artmasına ümid edirik", - deyə Rafiq Verdiyev qeyd edib
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























