İki şirkət direktoru xaricdə təhsil və iş vizalarının təşkili adı altında 164 min manatdan artıq pulu ələ keçirməkdə ittiham olunurlar
“RT Ravel” və “R.T.Group Akademiya” MMC və “Kale Dershanesi” və “Vish Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Marja.az Baş Prokurorluğun yaydığı məlumata istinadən xəbər verir ki, istintaq zamanı “RT Ravel” MMC və “R.T.Group Akademiya” MMC-nin təsisçisi və direktoru Rasim Məmmədovun, “Kale Dershanesi” və “Vish Travel” MMC-nin təsisçisi və direktoru Xəyal Yusubovla birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xaricdə təhsil və iş vizalarının təşkili adı altında müxtəlif şəxslərə məxsus ümumilikdə 164 min manatdan artıq pul vəsaitini ələ keçirməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Rasim Məmmədov və Xəyal Yusubov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 193.1 (yalançı sahibkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyətı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























